Cümə axşamı, 14 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ərdoğan Suriyanın şimalından çəkilən terrorçuların sayını açıqlayıb

“İndiyə qədər PKK/YPG-PYD-nin 700-800 terrorçusu Suriyanın şimalından geri çəkilib”...

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, hazırda terrorçuların bölgədən çıxması prosesi davam edir: “Bu gün səhər Milli Müdafiə naziri Hülusi Akarla danışdım. O mənə bildirdi ki, terrorçuların təhlükəsiz bölgə kimi nəzərdə tutduğumuz əraziləri boşaltması davam edir. Hazırda ərazidə olan 1200-1300 terrorçunun da sürətlə bölgədən çıxması müşahidə olunur. Təbii ki, biz prosesi izləməkdə davam edəcəyik. Terrorçuların hamısı bölgədən çıxmayana qədər proses başa çatmış sayılmaz”.

R.T.Ərdoğan bir daha bildirib ki, əgər terrorçular bölgəni tərk etməsələr “Barış pınarı” antiterror əməliyyatı yenidən davam etdiriləcək. Onun sözlərinə görə, əməliyyat nəticəsində 775 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 17-də Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanla görüşüb. Görüşdən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar