Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov deputat həmkarlarını qanunsuz aksiyalara münasibət bildirməyə çağırıb

Bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib...

“Oktyabrın 19-da millətin əleyhinə olanlar, xarici havadarlarının sifarişi ilə Azərbaycanda sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək istəyələr icazə verilmiş yerdə deyil, başqa yerdə aksiya keçirmək, polislə qarşıdurma yaratmaq istəyiblər”.

Bunu bu gün Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, Milli Məclisin hər bir üzvü buna münasibət bildirməlidir: “Zaman, dövr dəyişib. Prezident İlham Əliyev qətiyyətli siyasət aparır, Azərbaycanın maraqlarını beynəlxalq tribunalarda yüksək səviyyədə qoruyur. Bu isə onları əndişələndirir.

Azərbaycanın dindarlarından alət kimi istifadə etdiklərini bildirirlər, bunu ağalarına deyirlər. Prezident, Birinci vitse-prezident məscid tikdirir, bəs bunlar nə edir? Ona görə də hər kəs bunların qeyri-qanuni fəaliyyətinə münasibət bildirməlidir. Özü də təkcə millət vəkilləri yox, yaradıcı şəxslər, təşkilatlar da münasibətlərini ortaya qoymalıdır. Prezident tərəfindən onlara hər cür şərait yaradılıb. Onlar də dəstəklərini ortaya qoymalıdır”.

Parlamentdə qəbul edilmiş qanunların sosial şəbəkələrin fəaliyyətinə mane olduğunu deyənləri yalançılıqda günahlandıran S. Novruzov qeyd edib ki, kim istəyir, yazısını sosial şəbəkəyə yerləşdirir: “Xaricdə oturub Azərbaycana qarış çıxanlara qarşı mübarizə aparaq, yoxsa burada belə fəaliyyət göstərənlərə? Milli Məclisin fəaliyyəti seçicilərin maraqlarını, dövlətçiliyi qorumaqdır, özünü yox. Milli Məclisin marağı spikerin, komitə sədrlərinin deyil, hamının marağıdır. Biri belələrinə münasibət bildirmir, deyir ki, onların səviyyəsinə düşməyəcək. Alimsən, alim səviyyəsinə, yazıçısan, yazıçı səviyyəsində cavab ver. Həmkarlarımdan da xahiş edirəm ki, öz fikirlərini ölçülü-biçili bildirsinlər. Azərbaycanda internet, mətbuat azaddır, söz, fikir azadlığı var. Qanundan kənar heç kim bir addım belə ata bilməz”.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar