Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başqa vaxt “Prezidentin əsgəriyəm" deyənlərə...

Ölkə başçısı 70 yaşı tamam olmuş başqa məmurların da nümunə götürməsənin vacibliyi barədə açıq mesaj verdi...

Başqa vaxt “Prezidentin əsgəriyəm” deyərək dövlət başçısının hər kəlməsini Quran ayəsi kimi qəbul etdiklərini söyləyən məmurlardan kim prezidentin çağrışına ilk addımı atacaq?

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovu və Hacıbala Abutalıbovu vəzifədən azad edilmələri ilə bağlı verdikləri ərizə ilə əlaqədar qəbul edib. Dövlət başçısı 71 yaşlı Əli Həsənova və 75 yaşlı Hacıbala Abutalıbova indiyə kimi göstərdikləri fəaliyyətə görə təşəkkür edib.

İlham Əliyev Baş Nazirin müavini postundan pensiyaya yola salınan hər iki qocaman məmura Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunduğunu xatırladaraq deyib ki, ölkəyə yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub.

İndi ölkə ictimaiyyəti Azərbaycan Prezidentinin pensiya yaşını keçmiş məmurlara çağırışına reaksiyasını maraqla gözləyir. İqtidar komandasında isə yaşı 70-i ötmüş xeyli məmur təmsil olunur:

Baş Nazirin 1-ci müavini Yaqub Eyyubovun 1945-ci ildə doğulub və 74 yaşı var.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə də Yaqub Eyyubovla həmyaıddır. Baş meloratorun da 74 yaşla siyahının başında yer alır.

Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə 85 yaşla ağsaqqalların rekordunu qırır.

Ən yaşlı icra başçısı isə Xaçmazın başçısı Şəmsəddin Xanbabayevdir. Şəmsəddin müəllim bu il aprel yaşında 80 yaşını doldurub.

Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadənin isə 72 yaşı var.

Samuxun icra başçısı Alı Qocayev də ən yaşlı başçılar arasında yer alır. Onun da 72-i yaşı var.

Siyahını MSK üzvləri Nizami Nadirxanlı və Şaiddin Əliyevlə bağlayırıq. Nadir müəllim də, Şaiddin müəllim də 72-ni haqlayıblar.

Başqa vaxt “Prezidentin əsgəriyəm” deyərək dövlət başçısının hər kəlməsini Quran ayəsi kimi qəbul etdiklərini söyləyən məmurlardan kim ilk addımı atacaq? Əks təqdirdə, yəni nümunə götürməsələr, demək ki, bütün dedikləri qeyri-səmimi və boğazdan yuxarıdır. Təbii ki, bu cür məmurların səmimiyyətinə inanmaq olmaz..

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar