Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çini dollar sistemindən çıxarmaq – Trampın bu niyyəti hansı nəticələri doğuracaq?

Paola Subaççi

“Project Syndicate”, 21.10.2019

ABŞ və Çin arasında bu yaxınlarda elan edilmiş “birinci mərhələ” sazişi bir ildən çoxdur davam edən ticarət müharibəsini sonlandıran hərtərəfli razılaşma yolunda vacib bir addım olaraq qeyd edilib. Ancaq ABŞ prezidenti Donald Trampın antaqonist Çin siyasətindən imtina etməyə hazır olduğu rəyindəsinizsə, bir daha düşünün. Əslində, Tramp rəhbərliyi bu dəfə maliyyə axınları ilə əlaqədar olaraq Çinlə daha yaxın bir müharibəyə hazırlaşır.

Yüksək inteqrasiya olunmuş dünya iqtisadiyyatında ticarət və maliyyə eyni sikkənin iki tərəfidir. Transsərhəd ticarət əməliyyatları yaxşı işləyən beynəlxalq ödənişlər sistemindən və kredit verməyə hazır və qadir olan maliyyə institutlarının möhkəm şəbəkəsindən asılıdır. Bu maliyyə infrastrukturu ABŞ dolları ətrafında qurulub – ən likvid və dəyişdirilə bilən beynəlxalq valyuta.

Dolların aparıcı qlobal ehtiyat valyuta mövqeyi ABŞ-a, Fransanın maliyyə naziri olmuş Valeri Jiskar d’Estenin təbirilə, “ifrat güzəşt”dir: Amerika pulları kiçik dəyərlə çap edə, qlobal miqyasda mal və xidmətlər almaq üçün istifadə edə bilər. Lakin qlobal kapital bazarlarının açılması ilə ABŞ həm də dünyanın qalan hissəsində üstün cəhətlər əldə edib.

Bu gün qlobal ticarətin təxminən 80%-i fakturadır, dollarla və beynəlxalq əməliyyatların çoxu son nəticədə ABŞ maliyyə sistemi vasitəsi ilə təmizlənir. Dünya Banklararası Maliyyə Telekommunikasiya (SWIFT) şəbəkəsi ilə Avroamerikan cəmiyyəti gündəlik 16 milyon ödəniş sifarişləri tranziti həyata keçirir.

Beləliklə, ABŞ-ın kapital axınının məhdudlaşdırılması hər hansı bir ticarət tarifinə nisbətən daha təsirlidir. Onları tətbiq etmək üçün yalnız 1977-ci ilin Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktına (IEEPA) istinad etmək lazımdır, bu da ABŞ prezidentinə milli fövqəladə vəziyyət elan etmə və ya fövqəladə təhdidlərə cavab vermək üçün bir sıra iqtisadi vasitələrin yerləşdirilməsi imkanı verir.

IEEPA ABŞ-ın bir çox sanksiya proqramı üçün qanuni zəmin hazırlayıb, prezidentlər, əsasən əməliyyatların qarşısını almaq və aktivləri dondurmaq üçün ondan istifadə ediblər. Məsələn, 1980-ci illərdə prezident Ronald Reyqan IEEPA istinadla çevrilişdən sonra iqtidara gələn Manuel Noryeqanın ölkəsinə ödənişləri əngəlləyən sərəncam verib. (Panama üçün nəzərdə tutulmuş vəsait Nyu-York Federal Ehtiyat Bankında yaradılan depozit hesabına yönəldilib.)

Ona sərf etdikdə, Tramp da Meksikaya idxal tariflərini əsaslandırmaq və ABŞ şirkətlərindən “dərhal alternativ axtarmağa başlamağı” tələb etmək üçün IEEPA-ya dönə-dönə istinad edib. Venesuela prezidenti Nikolas Maduronun istefasına ümidlə, IEEPA-dan dövlət neft şirkəti PDVSA-nın aktivlərini dondurmaq üçün də istifadə olunub.

Tramp, həmçinin ABŞ investorlarına Venesuela hökumətinə məxsus hər hansı bir borc almağı və ya onun nəzarət payına sahib olduğu istənilən müəssisənin səhmləri ilə ticarət etməyi qadağan edib. Bu arada, Tramp, ABŞ tərəfindən dəstəklənən müvəqqəti prezident Juan Quayidoya, sələfi Barak Obamanın 2015-ci ildə dondurduğu gündən bəri FED-də olan Venesuela hökumətinin aktivlərinə giriş imkanı verib.

Populyar inancın əksinə olaraq, Tramp sələflərindən daha çox sanksiya tətbiq etməyib. Lakin o, xüsusilə yaradıcı yollar hazırlayıb: Amerikanın qeyri-mütənasib maliyyə imkanlarından faydalanaraq, administrasiyanın tədbirləri, üçüncü tərəflərə təsirindən asılı olmayaraq, maksimum ziyan vurmanı təmin edir. Məsələn, Rusiya yalnız standart aktivlərin dondurulması və əməliyyat blokları ilə üzləşmir, eyni zamanda, ABŞ-ın bank sisteminə daxil olmaq və satınalma müqavilələrindən kənarlaşdırılma məhdudiyyətləri ilə üzləşir.

Artıq ixrac azalması, ləng investisiya, zəif istehlak və böyümənin yavaşlaması ilə mübarizə aparan Çin, yəqin ki, növbəti hədəfdir. Tramp administrasiyası kapitalın Çinə axışına qoyulan məhdudiyyətləri, o cümlədən ABŞ-ın pensiya fondlarının Çin kapital bazarlarına investisiya qoymasını, Çin firmalarının ABŞ birjalarından çıxarılmasını və ABŞ firmalarının idarə etdiyi fond indekslərinə girişi məhdudlaşdırmağı düşünür. Bu siyasətin necə həyata keçiriləcəyi bəlli deyil; asan işə oxşamır. Lakin yaxşı müəyyən edilmiş strategiyanın yoxluğu Trampı əvvəllər də dayandırmayıb, xüsusən də söhbət geosiyasi hədəfləri irəliləmək üçün iqtisadi alətlərin istifadəsindən getdikdə.

Bu yanaşma qısa müddətdə işləyə bilər. Trampın təkrarən dolları silahlandırması, ABŞ dolları ilə təsdiqlənmiş aktiv sahibləri arasında etimadı sarsıdır. Neçə xarici şirkət “qara siyahı”ya salına biləcəyini bilə-bilə ABŞ birjasında təmsil olunmaq istəyər? Hansısa geosiyasi atışma dondurulma ilə nəticələnə bilərsə, ABŞ-dan olmayan rezidentlər ABŞ banklarında aktivlərini nə qədər saxlayacaq?

ABŞ-a etinasızlıq artdıqca, Çinin son 10 ildə müdafiə etdiyi beynəlxalq pul islahatlarına təkan veriləcək. Bu, digər valyutaların, məsələn, avronun və ya Çin yuanının beynəlxalq rolunun genişlənməsi deməkdir. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin, xüsusən də neft və mal ixracatçılarının ehtiyaclarına yönəldilmiş alternativ pul sisteminin yaradılması baş verə bilər.

İqtisadi maraq və milli təhlükəsizlik arasındakı əlaqəni genişləndirməklə, Tramp dünyanın ən böyük iki iqtisadiyyatının parçalanmasını və rəqib hegemonların başçılıq etdiyi bipolyar dünya nizamının yaranmasını təşviq edir. Qlobal iqtisadiyyatı on illər boyu dəstəkləyən ticarət və maliyyə sisteminin parçalanmasından başqa, dağıdıcı bir qarşıdurma mərhələsinin təməli qoyulub.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar