Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçdə pensiya yaşı artırıldı

Daha bir ölkədə pensiya yaşı artırılırdı...

İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu, onunla bağlıdır ki, Krallıq vətəndaşları bir çox digər Avropa ölkələrinin vətəndaşlarından, orta hesabla, daha uzun ömür sürür və daha sağlamdırlar. Nəticədə hökumət pensiya müavinətinə daha çox maliyyə vəsaiti xərcləməyə məcburdur.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci ildən başlayaraq İsveç təbəəsinin pensiya ala biləcəyi ən erkən yaş artırılaraq 61 yaşdan 62 yaşa çatdırılır. 2023-cü ildə minimal yaş 63 yaşa çatdırılacaq. Bu tədbirlər pensiya sisteminin dayanıqlılığını dəstəkləmək üçün görülür. Qanun layihəsi müəlliflərinin sözlərinə görə, gəliri az olan və heç vaxt heç yerdə işləməyən vətəndaşların zəmanətli pensiya almaları üçün ən erkən yaş 2023-cü ildən 65 yaşdan 66 yaşadək artırılacaq. Vurğulanır ki, parlamentin qərarı ən çox məhz bu demoqrafik qrupdan olan insanlara toxunacaq.

Qeyd edək ki, sosial təminatın işsizliyə, xəstəliyə, əlilliyə, qocalığa görə müavinətlər, ailə başçısının itirilməsi ilə bağlı pensiya, habelə mənzil müavinəti kimi əlaqədar sistemləri pensiya yaşı artdıqca yenidən nəzərdən keçiriləcək və dəyişdiriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar