Çərşənbə axşamı, 01 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı - Bakıda şok cinayət

Suraxanı rayonunda tükürpətidici qətl...

Suraxanı rayonunda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Xosrov Məmmədov məhkəməyə apelyasiya şikayəti verib.

PİA.az Ölkə.az-a istinadən xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində oktyabr ayının 24-də hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Xosrov Elman oğlu Məmmədov küçənin ortasında keçmiş həyat yoldaşı, Qaraçuxur qəsəbəsində yaşayan 33 yaşlı Əfsanə Fəxrəddin qızı Məmmədovanı bıçaqla qətlə yetirib.

X.Məmmədov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

İlkin dindirmə zamanı qətlin motivi məlum olub. Belə ki, Əfsanə Məmmədova ilə Xosrov Məmmədov bir müddətdir ki, boşanıblar, birgə nikahdan övladları da var. Ancaq boşansalar da, Xosrov Əfsanədən əl çəkməyib və zorla onunla cinsi əlaqədə olmaq istəyib.

Elə bu səbəbdən də qadın Xətai rayon Prokurorluğuna və 37-ci Polis Bölməsinə şikayət edib. Xosrov isə bu şikayətdən əsəbləşərək, keçmiş arvadını öldürmək qərarına gəlib və cibinə bıçaq qoyaraq niyyətini həyata keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Xosrov Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” - Şevçenko

Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” - Video

Laçın sabah boşaldılmalıdır, amma... – Dəhlizi kim və necə müəyyənləşdirəcək?..

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

Üç tələbəsinin öldüyü qəzanın anbaan görüntüləri - Video

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu - Müdafiə Nazirliyi

Şuşadakı hərbçimizdən Zülfiyyə Xanbabayevaya hədiyyə - Video

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

loading...

Ən çox oxunanalar