Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələdə icra hakimiyyəti meşə ərazisini satır, Ekologiya Nazirliyi isə susur - Foto

Qəbələ rayonunda meşə əraziləri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən satılmaqdadır...

Rayon sakinlərinin AzToday.az-a verdiyi məlumatda bildirilir ki, Qəbələ rayon Vəndam meşəbəylinin 02 saylı dolayının 55-ci kvartalındakı meşə sahəsi fərdi evlər tikilmək üçün satılır. Qəbələ şəhərinə yaxın olan sözügedən əraziyə tamah salan məmurlar arasında İcra Hakimiyyətinin baş memarı Abdulxalıqov Təbriz Hüseyn oğlunun xüsusi fəallıq etdiyi bildirilir.
Rayonun torpaq şöbəsinin sabiq müdiri İslam Hacıyevin də Təbriz Abdulxalıqovla əlbir olduğu iddia edilir.

Sakinlərin sözlərinə görə, ərazidə fərdi evlər tikmək üçün torpaq sahəsi alanlara köhnə tarixlə, konkret 2007-ci ilə aid saxta sənədlər də verilir.

Sözügedən məşə ərazisində Təbriz Abdulxalıqovun yaxın qohumlarına da torpaq sahəsi verildiyi bildirilir. Ümumilikdə isə adıçəkilən ərazidə 20-dən çox şəxsə torpaq satılıb.

Bir müddət əvvəl şəhər sakinlərinin şikayətləri səbəbindən Vəndam meşəbəylinin 2 saylı dolayda tikinti işləri dayandırılsa da bu günlərdə yenidən intensiv şəkildə tikintiyə başlayıblar. Qəbələ rayon İcra Başçısının evi sözügedən əraziyə yaxın olduğuna görə, şənbə və bazar günlərində tikintiyə fasilə verildiyi də yayılan məlumatlar sırasındadır.

Sakinlərin dediyinə görə, Qəbələ rayon Meşə İdarəsi icra hakimiyyətinin meşə ərazisini qanunsuz satması faktına qarşı heç bir addım ata bilmir: Meşə İdarəsi sözügedən ərazidə evlərin tikilməsinə dəfələrlə müdaxilə edib, tikintini dayandırmağa çalışsa da rayonun baş memarı Təbriz Abdulxalıqovun zəngindən sonra ərazidən uzaqlaşmalı olur”.

Məlumatda həmçinin qeyd olunur ki, İcra Hakimiyyəti Qəbələ şəhərinə yaxın olan meşə ərazisində çoxillik ağacları da məhv edib. Amma bu qanunsuz fakta qarşı Ekologiya Və Təbii Sərvətlər Nazirliyi hansısa səbəbdən səssiz qalmaqda davam edir…

Vəndam Meşəbəyliyinin ərazisininin satılması ilə bağlı rəsmi qurumların da mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

pia.az

 

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar