Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağır atletimiz Avropa rekordunu yenilədi

Ağır atletimiz medal ala bilməsə də, Avropa rekordunu yenilədi...

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Ağır Atletika Federasiyasından verilən məlumata görə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar.

Oktyabrın 21-də təmsilçimiz Rüstəm Qasımov körpücük üzərinə çıxıb. O, yaşı 20-dək olan gənc atletlərin 67 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. On yeddi yaşlı idmançımız toplam 274 kiloqram (123+151) nəticə ilə doqquzuncu yeri tutub.

R.Qasımov gənclər arasında keçirilən yarışda iştirak etsə də, qaldırdığı çəkilər yeniyetmələr arasında Avropa rekordu kimi qeydə alınıb. Atletimizin birdən qaldırma hərəkətində ram etdiyi 123 kiloqram çəki yeniyetmələrin yeni Avropa rekordudur. Bununla yanaşı, R.Qasımov təkanla qaldırmada 151 kiloqramın öhdəsindən gəlib ki, bu da təkanla qaldırma üzrə Avropa yenitemələr rekordu olan 150 kiloqramlıq nəticənin yenilənməsi deməkdir. Eyni zamanda, təmsilçimiz toplamda göstərdiyi 274 kiloqramlıq nəticə də Avropa rekordu olan 270 kiloqramın yenilənməsi demək olub. Təkanla qaldırma və toplamda qeydə alınan rekordlar, həmçinin bugünkü yarışda çıxış edən Qurami Giorbelidze tərəfindən müvafiq olaraq 2 və bir kiloqram yenilənib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar