Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hər ikisi Prezidentə ancaq mənfi imic qazandırırdı” - Cümşüd Nuriyev 

Sabiq nazir müavini, siyasi təhlilçi Cümşüd Nuriyev Prezidentin sərəncamından danışıb...

Prezident ölkədə islahatlara başlamaq istəyirdi. Amma bilərəkdən ya bilməyərəkdən islahatlara mane olmaq istəyənlər var idi. Baş Nazirin müavinlərinin hər ikisi demək olar ki, Prezidentə ancaq mənfi imic qazandırırdı”.

PİA.az xəbər verir ki, bu sözləri Reyting.az-a sabiq nazir müavini, siyasi təhlilçi Cümşüd Nuriyev bu gün Əli Həsənov və Hacıbala Abutalıbovun Baş Nazirin müavini vəzifəsindən azad edilmələrinə dair Prezident İlham Əliyevin sərəncamından danışarkən deyib.

O, xatırladıb ki, Hacıbala Abutalıbov Bakı meri, Əli Həsənov isə Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzə Dövlət Komitəsinin sədri kimi mənfi imic qazanıblar: “Bu şəxslərin təqaüdə getmək vaxtıdır. Getsinlər təqaüdə, yaxşı pensiya alacaqlar. Dövət qarşısında göstərdikləri xidmətlərin də qarşılığını alıblar”.

C. Nuriyevin fikrincə, hakimiyyətdə təmsil olunan bəzi təcrübəli şəxsləri bir müddət vəzifədə saxlamaq lazımdır. O, buna səbəb kimi yeni təyin edilən gənc kadırların azı 4-5 il ərzində bu mühitə uyğunlaşmasını göstərir: “Ötən il təyin edilən gənclər hələlik bu işlərin öhdəsindən yetərincə gələ bilmirlər. Onların yanında təcrübəli şəxslər də olmalıdır. Hər halda bu məsələlər Prezidentin səlahiyyətinə daxildir və qərarı o verir.

Əslində uzun müddət vəzifədə olanlara da belə hallar şamil olunmalıdır. Dünyada nazirlər 5-10 il bu vəzifədə işləyirlər. Uzun müddət vəzifədə qalanlar özlərindən asılı olmayaraq, tutduqları vəzifəyə məsuliyyətlə yanaşmırlar. Bir var, adam vəzifəsini itirmək məsuliyyəti hiss etsin, bir də var, belə məsuliyyəti özünə yaxın buraxmayasan. Məsuliyyət hiss etdinsə işləməyə məhkumsan.

Hökumətin 38 üzvü vardı. Onun 10-12-si danışar ya danışmaz. 30 ildir susan nazirlər var. Bu, sözsüz ki, ölkənin imicinə ziyan vurur, üstəlik, Prezidentin gördüyü işlər lazımi səviyyədə təqdim olunmur”.

Sabiq nazir müavininin sözlərinə görə, 19 oktyabr mitinqində insanlar düşünürdü ki, gəlib sözlərini desələr problemləri həll ediləcək. Çünki onların gedib şikayət etdikləri, dərdlərini dedikləri məmurlar yerində deyil, vəzifələrini icra etmirlər. Və beləcə, ölkədə gərginliyi artırmağa xidmət etmiş olurlar.

C. Nuriyev qeyd edib ki, bu gün iki şəxsin vəzifədən azad edilməsi ilk qaranquşlardır, inşallah, ardı gələr:

“Mənə elə gəlir ki, hökumətin tərkibi 60-70 faiz dəyişdirilməlidir. Xüsusilə, 10 ildən artıq vəzifə tutanlar heç olmasa, rotasiya qaydasında yerlərini dəyişməlidir. Əksəriyyəti getsə yaxşıdır. Elə Milli Məclisin üzvləri də. Parlamentdə ancaq 15-20 deputat danışır. Danışan da, söyülən də onlardır. Bəs digərləri nəyə lazımdır?

Ümid edirəm ki, cənab Prezident kadr islahatlarını davam etdirəcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar