Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı

AFFA-nın “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində I divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir...

I divizionda çıxış edən “Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin, UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzəliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

Qeyd edək ki, AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Onu da bildirək ki, “Ağsu” komandası yeddi turdan sonra dörd xalla 13 komanda arasında XII yerdə qərarlaşıb.

pia.az


Etiket: AFFA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar