Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müflis olmuş banklarda əmənəti olanlara daha bir xəbər

Xəbər verdiyimiz kimi, müflis olan banklarda məbləği 17 min manat və ya 10 min dollardan çox olmayan qorunmayan əmanətlərin qaytarılmasına başlanılıb...

Bəs 17 min manat yalnız əsas əmanət məbləğinə aiddir yoxsa bankın vətəndaşa olan ümumi borcuna?

Bu barədə sualları iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb:

“Məsələn, bəzi vətəndaşımız bankda 15 min manat yerləşdirib və onun əmanətinə 3 min manat divident hesablanıb və vətəndaşa olan cəmi ödənilməli məbləğ 18 min manat olub. Həmin vətəndaş faizləri götürmədiyi üçün bank müflis olan zaman ona olan borc 17 min manatdan çox, yəni 18 min manat olub. Sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı qaydalarda borc əsas məbləğ və faizlər üzrə fərqləndirilmədiyi üçün kompensasiya bankın vətəndaşa olan ümumi borcuna tətbiq olunur. Yəni, faizlər ilə birlikdə vətəndaşa ümumi əmanəti 17 min manatdan çoxdursa o halda kompensasiya ödənilmir.

Bu o deməkdir ki, 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faizləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır. Kreditlərə kompensasiya verilən zaman qalıq məbləğin əsas götürüldüyünü nəzərə alaraq qorunmayan əmanətlərdə də məbləğ 17 min manat çox olduğu halda əsas məbləğə əsasən ödəniş həyata keçirilməsi daha məqsədə uyğun olar. Bu halda dividentlər ilə ümumi alacaqları 17 min manatdan çox olan vətəndaşlarımız da kompensasiya ala biləcəklər. Məbləği 17 min manatdan az olan üçün əsas borc meyar olaraq götürülə bilər.

Bu baxımdan, CESD qorunmayan əmanətlərin qaytarılması zamanı məbləği 17 min manat və ya 10 min dollardan çox olan hallarda bankın vətəndaşa olan ümumi borcuna deyil, əsas əmanət məbləğin nəzərə alınmasını təklif edir. Bu o deməkdir ki, ümumi alacağı 18 min manat olan amma əsas məbləği 15 min manat olan vətəndaşımızın da müflis olan bankdakı qorunmayan əmanətinin qaytarılmasına ehtiyac var”.

pia.az


Etiket: Vüqar Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar