Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu

“Oğru dünyası”nın “xaç atası” sayılan mərhum “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətli ilə bağlı yeni təfərrütalr məlum olub...

“Yeni Sabah” Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Taqansk” bandasının cinayətlərini araşdırarkən Aslan Usoyanın qətlində istifadə edilən silahın bu qruplaşmaya məxsus olduğunu üzə çıxarıb. Həmin silahdan “qanuni oğru” Andrey Qolubevin qətlində də istifadə edilib.

Araşdırmalar zamanı Aslan Usoyanın qətlinin sifrişçisi də müəyyənləşdirilib. İstintaq komitəsinin qənaətinə görə, bu “qanuni oğru” Merab Canqveladzedir (“Merab Suxumski”).

Hazırda “Taqansk” bandasının üzvləri qanunsuz dinləmələr, adam oğurluqları, böyük silah arsenalı saxlamaları və s. cinayətləri barədə ifadə verirlər.

İfadə verənlər arasında bandanın lideri İqor Jirnokleyev (“Jırniy”) də var. Lakin o, Aslan Usoyanın qətli barədə danışmaqdan imtina edir. “Jırnıy” başa düşür ki, bu məsələ barədə danışmağın bədəli ölümdür.

“Yeni Sabah” xatırladır ki, Aslan Usoyandan əvvəl onun klanına daxil olan “qanuni oğru” Andrey Qolubev qətlə yetilirmişdi. Hadisə 2009-cu ilin may ayında baş vermişdi. O, Aslan Usoyanla başqa bir nüfuzlu "qanuni oğru" Tariyel Oniani (“Taro”) arasındakı qarşıdurmanın qurbanlarından biri hesab edilir.

2013-cü il yanvarın 16-da isə Aslan Usoyan qətlə yetirilib. O, xüsusi təyinatlılar üçün nəzərdə tutumuş “Val” markalı səssiz avtomatdan açılan atəş nəticəsində öldürülüb.

Aslan Usoyana bundan əvvəl də iki dəfə sui-qəsd edilmişdi. Lakin “qanuni oğru” hər ikisində sağ qala bilmişdi. Bunlardan biri 2010-cu ilin sentyabrında baş verib. Sui-qəsdin icraçıları “Taqansk” bandasının üzvləri olub.

İkinci sui-qəsd isə 2012-ci ildə baş verib. Bu dəfə də sifariş “Taqansk” qrupuna verilsə də, killer bandanın üzvü olmayıb. Əməliyyat məlumatlarına görə muzdlu qatil sui-qəsdi icra etmək üçün Moskvaya dəvət olunan Ukraynanın xüsusi təyinatlı qüvvələrinin fəal əməkdaşı olub. Lakin o da işinin öhdəsindən gələ bilməyib.

Hər üç sui-qəsddə sifarişçinin Merab Canqveladze olduğunu təsdiq edən sübutların olduğu deyilir. Sübutlardan biri onu telefon danışıqlarıdır. Danışıqları İtaliya polisi yazıb. Merab Canqveladze Avropada olarkən Rusiya həbsxanasında cəza çəkən Tariel Oniani ilə dəfələrlə danışıb. O, “Ded Xasan”la “Taro” arasındakı problemin həllini rəqibin fiziki cəhətdən məhv edilməsində görüb və tezliklə şəxsən bu işi təşkil edəcəyini deyib. Lakin istintaq hələ ki, sifarişçinin adını çəkməyən “Jırnı”nın üzərində işləyir.

Aslan Usoyanın qətli ilə bağlı üzə çıxarılan bu təfərrüatlar uzun müddətdir ki, bu hadisə ilə bağlı populyar mülahizələrdən birinin üzərindən xəttə çəkdi. Söhbət Aslan Usoyanın qətlində mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) adının hallandırılmasından gedir. Hətta onun qətli Aslan Usoyanın öldürülməsinə cavab kimi dəyərləndirilirdi. İndisə yayılan məlumatlardan aydın olur ki, Rövşən Canıyevin bu hadisəyə yaxından-uzaqdan aidiyyatı yoxdur.

pia.az


Etiket: “Ded Xasan”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar