Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon dollara başa gələ bilər - BMT

Qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon dollara başa gələ bilər 

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi zorakılığın müxtəlif formalarına məruz qalma təhlükəsi ilə üz-üzə olan qadın və qızların müdafiəsi və bu cür zorakılıq hadisələrinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar aidiyyəti tərəfləri birgə fəaliyyətə çağırır.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur:

"BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər ki, bu da ölkə ÜDM-nin 2%-nə bərabərdir. Buraya bərpası mümkün olmayan insan itkiləri, fəaliyyət qabiliyyətsizliyi, əlillik, zorakılığa məruz qalmış şəxslərin əmək qabiliyyətinin azalması, eləcə də zorakılığa cavab tədbirlərinə çəkilən xərclərlə bağlı olan iqtisadi itkilər daxildir. Biz bu problemin həlli üçün Azərbaycan Hökumətinin göstərdiyi siyasi iradə və əzminə bələdik, lakin bununla bağlı daha çox iş görülməlidir".

BMT hesab edir ki, Azərbaycan Hökuməti təcili olaraq Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməlidir. Bu Konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır.

Zorakılıqdan zərərçəkmişlərin müdafiəsi və dəstəklənməsi üzrə praktiki tədbirlərə, o cümlədən əlçatan və münasib əlaqələndirilmiş yönləndirmə və yardım xidmətlərinə qoyulan sərmayənin həcmini artırmaq lazımdır.

Zərərçəkmişlərin və şahidlərin müdafiəsinə, eləcə də zorakılığı törədən şəxslərin cəzasız qalmasına yol verilməməsinə xüsusi diqqət yetirilərək qadın və qızlara qarşı baş verən zorakılıq halları ilə bağlı bütün məlumatlar operativ və hərtərəfli araşdırılmalıdır.

BMT bəyan edib ki, Azərbaycanda zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması üçün hökumət və digər tərəflərlə sıx əməkdaşlıqlarını davam etdirəcəklər. O cümlədən, BMT aztəminatlı qadın və qızlar üçün sosial xidmət proqramlarının dəstəklənməsi, qadınların işlə təmin edilməsi və özünü inkişaf etdirməsi üçün daha geniş imkanların yaradılması, qız və qadınlara qarşı zorakılığın əlamətlərinin müəyyən edilməsi və bununla bağlı cavab tədbirləri görmək üçün mütəxəssis və icma işçilərinin təlimləndirilməsi, eləcə də hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən gender zorakılığına qarşı mübarizə üzrə növbəti 16 günlük kampaniya kimi ictimaiyyətin məlumatlandırılması ilə bağlı təşəbbüslər həyata keçirir. Bu kampaniya hər kəsin bir araya gələrək qadın və qızlara qarşı zorakılıq problemini işıqlandırmağa və bu dəhşətli hadisələrə qarşı səsini ucaltmağa imkan yaradır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar