Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi”nin baş məşqçisi: “Qarabağ” barədə fikirləşmirik

Mütəxəssis hər tur öz oyunlarını düşündüyünü “Qarabağ” barədə fikirləş mədiklərini sözlərinə əlavə edib...

“Bütün futbolçularımı təbrik edirəm. Onlar bu gün matça ciddi yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Bunu bacardıq. Bu, turnir cədvəli baxımından da önəmli idi. Oyunçular sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da yaxşı çıxış etdilər. Səhvlərimizdən biri də o oldu ki, ilk qoldan sonra çox irəli atıldıq. Səhvlər də edə bilərdik. İkinci qolu vurduqdan sonra rəqib daha da açıq oynadı. Bu isə bizim işimizə yaradı”.

“Report” xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın VIII turunda “Zirə”ni məğlub etdikləri (3:0) oyundan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, əsas olan rəqibin qapısında təhlükəli epizodlar yaratmaqdır: “İkinci qoldan sonra oyunçuların bəziləri asan qollar vura bilərdi. Ancaq onlar qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya problemi yarana bilər”.

İtaliyalı məşqçi Rauf Əliyevin oyunu haqqında da danışıb: “O, qol da vura bilərdi amma fərqlənə bilmədi. Onda yalnız qol çatışmır”.

Bordin “Ardıcıl 3 qələbə komandanın yarasını neçə faiz sağalda bilər” sualına belə cavab verib: “Faiz deyə bilmərəm. Sadəcə irəli baxmaq lazımdır. Əvvəl yaralı idik, indi isə ayağa qalxa bilmişik. Donald Gerye və Soni Mustivar yığmada kifayət qədər oynadıqları üçün bu gün meydanda yox idi”.

Mütəxəssis hər tur öz oyunlarını düşündüyünü “Qarabağ” barədə fikirləşmədiklərini sözlərinə əlavə edib.

pia.az


Etiket: Roberto Bordin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar