Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə atəşin müvəqqəti dayandırılmasına dair razılaşmadan sonra Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı danışıb...
PİA.az Axar.az-a istinadən xəbər verir ki, Esper bölgədə vəziyyətin sabitləşməsinin müşahidə olunduğunu deyib:
"Bəzi hallada pozulsa belə, atəşkəs rejiminə ümumən riayət olunur".
Pentaqon rəhbəri həmçinin ABŞ-ın mütəmadi olaraq İŞİD döyüşçülərinin saxlandığı həbsxanalara nəzarət edən Suriya Demokratik Qüvvələri ilə əlaqə saxladığını bildirib.
pia.az