Suriyanın Hələb şəhərində bir neçə partlayış törədilib...
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin şərq hissəsində qeydə alınıb. Partlayışlar Suriya ordusunun Əz-Zarazir ərazisindəki kəşfiyyat qərargahının binası yaxınlığında törədilib.
Telekanal partlayışlar zamanı qurbanların olduğunu istisna etməyib. Lakin hələlik ölənlərin sayı barədə açıqlama verilmir.
pia.az