Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Partiya qurmaq üçün pulunuz varmı" sualına Davudoğludan maraqlı cavab

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu siyasi partiya yaratmaq üçün pulunun olub-olmadığı barədə sualı cavablandırıb

PİA.az xəbər verir ki, "Yeniçağ" qəzetinin yazarı Orxan Uğurlu köşə yazısında Davudoğlu ilə dialoquna toxunub.

Uğurlu Davudoğluna "Yeni partiya qurmaq üçün pulunuz varmı" sualı ünvanlayıb.

Sabiq baş nazir isə cavabında "Siyasi partiya pulla qurulmaz, könül və fikir birliyi ilə yaradılar" deyə bildirib.

Tarixi xatırladan Davudoğlu deyib: "Cümhuriyyət Xalq Firqəsi qurularkən pulu var idi? Demokrat partiyasını qurarkən pullarımı vardı? AKP-nin, Özalın partiyası ANAP yaradılarkən pulları vardı? Siyasi partiya qurmaq üçün birlikdə xalqa düzgün xidmət vəd etmək kifayətdir. Şəffaf dövlət anlayışı ilə yola çıxmaq, vətəndaşı inandırmaq vacibdir". (Teleqraf.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Davudoğlu

Şərh yazın.

loading...

Ən çox oxunanalar