Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağla bağlı müsbət siqnallar olmasa, Azərbaycan tezliklə...” - İngilis analitikdən açıqlama

İngilis analitik Tomas de Vaal oxuculara yaxşı tanışdır

Qarabağ haqqında ilk gündən analitik yazıları ilə tanınan Tomas de Vaal faktiki bu ilin mart ayından Qarabağ mövzusuna toxunmurdu, amma sükut pozuldu və, o maraqlı, həm də həyəcan yaradan fikirlərini “Nə səbəbdən Dağlıq Qarabağla bağlı uzun müddət davam edən münaqişə yenidən püskürə bilər” adlı məqaləsində oxucularla bölüşüb.

PİA.az məqalədən bəzi məqamları diqqətinizə çatdırır.

Ermənistanın Baş naziri Nikola Paşinyanın bal ayı bitdi: o, daxildə olan çoxsaylı problemlərlə yanaşı, 30 ildir davam edən Qarabağ münaqişəsi kimi baş ağrısı ilə mübarizə aparmaq məcburiyyətində qalıb”. Onun sözlərinə görə, on səkkiz aydan sonra Paşinyan yenə də populyardır və partiyasının parlamentdə çoxluğu var. Bununla belə, Paşinyan indi siyasi inqilabların xarizmatik liderlərinin demək olar ki, həmişə qarşılaşdığı bir problemlə qarşılaşıb: küçə siyasətindən sabit idarəetməyə necə keçid etsin?”

“Həm Ermənistan, həm də Azərbaycan üçün Dağlıq Qarabağ aktiv vulkan kimidir və onun püskürməsi fəlakət ola bilər” - de Vaal yazır.

Analitik xatırladır ki, Paşinyan və Əliyev bir neçə dəfə görüşüblər və zorakılıq səviyyəsi təmas xətti boyunca kəskin şəkildə aşağı düşüb. Bununla belə, o, vurğulayır ki, münaqişə bir qapalı otaqda yalnız ölkə liderləri tərəfindən həll edilə bilməz, belə ki, bu münaqişə “ictimai-milli şüurda dərin kök atıb”

Azərbaycandakı əhval-ruhiyyədən danışan de Vaal qeyd edir ki, Qarabağ münaqişəsi milli birliyin mənbəyidir. Ancaq hökumət "bu əhval – ruhiyyəni istiqamətləndirir, amma ictimaiyyəti həddindən çox fikir bildirməyə imkan vermir”.

“Əgər yaxın vaxtlarda danışıqlarda daha əsaslı bir müzakirə mövzusu olmayacaqsa, bir neçə aydan sonra Qarabağla bağlı müsbət siqnallar olmasa, Azərbaycan tezliklə bəyan edə bilər ki, səbri tükənib və İrəvandan yeni ideyaların gəlməməsindən məyus olub. Bu ərazidə vəziyyətin yenidən diplomatik dalana dirənməsinin, eyni zamanda hər iki tərəfdən aqressiv ritorikanın riskləri hiss olunur. 1994-cü ildən bəri elan olunan atəşkəsin daha ciddi pozulmasının yenidən ortaya çıxması təhlükəsi mövcuddur.

“Vəziyyət yenidən pisləşərsə, beynəlxalq vasitəçilər-Fransa, RusiyaABŞ-ın daxil olduğu ATƏT-in Minsk Qrupu üçün sınaq olacaq, çünki son iki ildə Dağlıq Qarabağla bağlı məsələlərə çox sakit yanaşmaqla, idarəetmənin ErmənistanAzərbaycanın nəzarətinə keçməsinə imkan veriblər. Amma, ola bilsin ki, onların daha fəal olmaqdan başqa seçimi olmasın və yeni ideyalar, yeni yanaşmalar uğrunda çalışsınlar ki, bu yandırıcı münaqişənin yenidən başlamamasına imkan verilməsin”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar