Çərşənbə axşamı, 12 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycana gələn maşından görün nələr çıxdı - Foto

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz E320” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib

Komitədən "Yeni Sabah"a daxil olan məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasından və ehtiyat təkərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 48000 ədəd "Enigma", 107 ədəd "Tropic Fire", 20 ədəd "Mega Piratka" və 11 qutu "Strzelajace Diabeiki" adlı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: DGK

Şərh yazın.

loading...

Ən çox oxunanalar