Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan hansı ağılla İŞİD üzvlərinin yükünü üzərinə almaq istəyir?..

Avropa başda olmaqla, bir çox ölkə öz vətəndaşı olan İŞİD üzvlərini geri qəbul etməkdən boyun qaçırdığı halda, Türkiyə hansı məqsədlə bu iş üçün könüllü oldu?..

Fehim Taştekin “Al-Monitor”

Prezident Rəcəb Teyyub Ərdoğan Fəratın şərqində əməliyyat həyata keçitmək üçün bəlkə də, əvvəlcədən həbsxanalarda və düşərgələrdə saxlanılan İŞİD savaşçılarının və onların ailə üzvlərinin Türkiyəyə göndərilməsinə razılıq verib. Lakin “Sülh Çeşməsi” Hərəkatı başladıldıqdan sonra İŞİD üzvlərinin qaça biləcəyindən və yenidən təşkilatlanıb hücuma keçəcəyindən qorxan Ankara da gələn bəlanın böyüklüyünü görməyə başlayır. Mediada çıxan iddialara görə, bəzi İŞİD məhbusları Türkiyənin həyata keçirdiyi bombardman zamanı həbsxanalardan qaçıblar.

Ağ Evin bu açıqlaması da xeyli təəccüb doğurub: “Amerika illərdir vətəndaşlarının vergilərini artıran İŞİD əsgərləri artıq saxlamayacaq. Bundan sonra yerdə qalan İŞİD savaşçılarının məsuliyyəti Türkiyənin üzərindədir”, deyilir Ağ Evdən yayılan bəyanatda. Hətta bəyanatda Koreya müharibəsində, o cümlədən Əfqanıstan və İraq qədər kritik dönəmlərdə ABŞ-ın türk ordusuna “ucuz əsgər” kimi yanaşdığı da xatırladılıb.

Türkiyənin üstünə götürdüyü bu risk, görünür, Ərdoğan üçün hələlik üstündən keçilən şeylərdən biridir. Lakin bu məsələ ətrafında bəzi suallar ortaya çıxır.

Avropa başda olmaqla, bir çox ölkə öz vətəndaşı olan İŞİD üzvlərini geri qəbul etməkdən boyun qaçırdığı halda, Türkiyə hansı məqsədlə bu iş üçün könüllü oldu? İkinci məsələ isə Türkiyənin nə qədər hissəyə nəzarət etmək istəməsi ilə bağlıdır. İŞİD tutumunun böyük hissəsi Türkiyənin gözünü dikdiyi 32 km dərinlikdən çox daha aşağıdadır.

10 min nəfəri Suriyadan, 2 mini isə bölgə xaricindən olan ümumilikdə 12 min kişi İŞİD əsgərinin böyük bir hissəsi Hasekədəki həbsxanalarda saxlanılır. Hasekə Türkiyənin əməliyyatlara başladığı Rəsuleyndən 90 km uzaqlıqdadır. Türkiyə sərhəddindəki Kobanidən gedilsə, bu məsafə 82 km olar. İŞİD savaşçılarının ailə üzvlərinin saxlanıldığı ən böyük düşərgə olan Əl-Hol isə daha da uzaqdadır. Əgər Əl-Hola Rəsuleyndən gedilsə, 140-150 km, Qamışlıdan gedilsə 96 km olar.

Türkiyədəki qaçqınların hər nə qədər Deyrizor və Rakkaya yerləşdiriləcəyi deyilsə də, ilk etapda nəzərdə tutulan bölgə 480 km boyunda və 32 km dərinliyindədir. Öhdəlikdən sonra məsafənin önəmi başa düşüldüyü üçün Xarici İşlər naziri Mövlud Çavuşoğlu: “Sərhəddən 30 km aşağıya düşəcəyik, sərhədin 65 km aşağısında yerləşən İŞİD-çiləri biz götürə bilmərik. Oraya kim nəzarət edirsə, onların da məsuliyyətindədir”, deyə açıqlama verib. Eyni zamanda düşərgələrə və həbsxanalara nəzarət edən Suriya Demokratik Qüvvələrinə (SDG) qarşı Türkiyə müharibə elan edib.

Tutulan şəxslərin kimliyi qədər, düşərgələrin böyüklüyü də ciddi bir yükdən xəbər verir. SDG qaynaqlarından verilən məlumata görə, Əl-Hol düşərgəsində 55 müxtəlif ölkədən 73 min nəfər saxlanılır. Bunlardan 62 mini iraqlı və suriyalıdır. Əsas düşərgədən təcrid olunmuş sahədə isə İraqdan və Suriyadan başqa digər yerlərdən gələnlər qalır. Sayları da təxminən 11 mindir. Düşərgədə qalanların 94%-i qadın və uşaqlardan ibarətdir.

İD-nin ailə üzvlərinin tutulduğu düşərgələrdən biri də Əyn İsadır. Bura Təl-Əbyaddan maşın yolu ilə birlikdə 51 km, havadan isə 35 km məsafədədir. Türkiyənin təhlükəsiz bölgənin sərhəddi kimi saxladığı M-4 yolunun altındadır.

Sərhəddə yerləşən Derikdə (Malikiyyə) isə 700 İD savaşçısının ailə üzvlərinin saxlanıldığı Roj düşərgəsi var. İŞİD savaşçılarının tutulduğu Rimelandakı həbsxana da 32 km-lik xəttin içindədir.

Madam ki, Türkiyənin 32 km-dən az ərazisi yox idi, bəs onda niyə Ərdoğan İŞİD-çilərin məsuliyyətini məsuliyyətini öz üzərinə aldı? Məlum olan budur ki, Ankara kürdlərin İŞİD üzvlərindən “kozır” kimi istifadə etdiyini başa düşüb və buna son vermək istəyir. Çavuşoğlu: “YPG-li terrorçular İŞİD-çiləri əllərində silah kimi saxlayırlar”, deyərkən məhz bunu vurğulayıb.

Hər məsələdə geri addım atmaqdan qaçan Ərdoğan qeyd edib ki, ortada heç bir ön hazırlıq olmadığı halda, İŞİD üzvlərini həbsxanalarda saxlamaq və reabilitasiya proqramlarından keçirmək kimi variantlar da var.

Ərdoğan bildirib ki, bu günədək 17 min xarici İŞİD-lə əlaqəli olduqları üçün istintaqa cəlb edilib, bunlardan da təxminən 5500-ü həbsxanalarda tutulub və ölkəyə gələn 7600 nəfərin də ölkədən xaric edilib. Ərdoğan qeyd edib ki, Suriyadakılarla maraqlanmaq da çətin olmayacaq.

Beynəlxalq cəmiyyətə bu məsələdə qarantiya verən Ərdoğan edilməli olan hər şeyi 3 başlıqda qeyd edib: "Həbsxanada tutulmalı olanlar orada saxlanılacaq. Qəbul edənlər öz ölkələrinə göndəriləcək. Geridə qalan qadınlar və uşaqlar bir inkişaf proqramı çərçivəsində yenidən cəmiyyətə qazandırılacaq”.

Qaçqınları qəbul etmək istəməyən Avropaya “qapıları açıb göndərərik”, deyib təhdid edən Ərdoğan təxminən 88 min İD əsirlərinin yükünü rahatlıqla üstünə götürə bilir. Üstəlik, bütün bunlar problemli bir qrupu təmsil edir. Yəni Ərdoğanın vədlərinə şübhə ilə yanaşılmasına səbəb olan bir çox faktor var.

Ərdoğanın həbs edilən və ya ölkədən kənarlaşdırılan şəxslərlə bağlı qeyd etdiyi rəqəmlərə baxmayaraq, Türkiyənin İŞİD üzvlərinə qarşı göstərdiyi tolerantlıq da şübhə doğurur. Həmçinin, İŞİD üzvləri və ailələri xilas olmaq ümidilə Türkiyəyə göndərilmək istəyirdi. Açığı, bir çox insan Türkiyəyə gətiriləcək İŞİD üzvlərinin və onların ailələrinin qısa müddətdə cəmiyyətə qarışacağından qorxur.

İŞİD üzvləri Suriyaİraq böhranı ərzində Türkiyəyə yerləşmək, yaşamaq, gizlənmək və yardım almaq bacarığı qazanıb. Türkiyəyə gətirilən şəxslərin bu şəbəkələrə daxil olmaq ehtimalı da yüksəkdir.

Əgər İŞİD üzvləri Türkiyəyə yerləşdiriləcəksə, onda belə bir sual ortaya çıxır: Son illərdə artan həbslər ucbatından həbsxanalarda və düşərgələrdə dolub daşan bu qədər insanı Türkiyə harada saxlayacaq?

İndiyədək 3,5 milyon qaçqın içində psixoloji dəstəyə ehtiyacı olan çox sayda insana qarşı düzgün bir proqram yaradılmayıb. Qaçqınlarla belə maraqlanmayan dövlət “cinayətkar” və ya “potensial cinayətkar” hesab edilən bir qrupa nə qədər ciddi yanaşa bilər?

Avstriya və Almaniya kimi ölkələr radikalizmlə mübarizə çərçivəsində illərdir reabilitasiya və uyğunluq proqramları hazırlayarkən, Türkiyə qarşısında bu cür böyük problem olduğu halda, məsələni ciddiyə almadı.

İslamçılığın yüksəlişdə olduğu Türkiyə “Diyanet” və dini təhsil qurumları İŞİD-in də daxil olduğu cihadçı-sələfi düşüncə tərzi ilə mübarizə üçün güclü bir təcrübəyə sahib deyil. Davamlı olaraq Quran ayələri və peyğəmbərlərin hədisləri ilə danışan bir nümunə var.

Əgər qaçqınlar kimi İŞİD üzvləri də bir “kozır” və ya şantaj vasitəsi kimi istifadə ediləcəksə, bu, o deməkdir ki, Türkiyə bir çox ölkələrlə problem yaşayacaq.

Bu günə qədər məhdud sayda ölkə öz vətəndaşlarına sahib çıxıb. Qazaxıstan, Özbəkistan, Tacikistan və Kosova səssiz-səmirsiz öz vətəndaşlarını geri götürüb. Rusiya da bəzi vətəndaşlarını alıb, amma xüsusilə çeçenlər Türkiyəyə getmək istədiyi üçün təslim edilməyib. Avropadan Belçika 6 uşağı, Norveç 5 yetim uşağı, Hollandiya 2 uşağı, Fransa 18 uşağı geri alıb. Almaniya İraqdakı 10 uşağı geri gətirib. Lakin Fransa 11 vətəndaşını İraq məhkəməsinin ümidinə qoyub. İtaliya bir İŞİD savaşçısını alıb və həbs edib. İngiltərə və Danimarka isə İŞİD-ə üzv olanları vətəndaşlıqdan çıxarmağı üstün tutub. Avropadan başqa, Avstraliya 8 uşağı, ABŞ isə 18 yetkini və uşağı ölkəyə geri qaytarıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar