Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metronun "28 May" stansiyası qarşısındakı meydan polis tərəfindən mühasirəyə alındı

Bakının mərkəzində metronun "28 May" stansiyası və dəmiryolu vağzalı qarşısındakı meydan oktyabrın 19-da səhər saatlarından etibarən polis tərəfindən mühasirəyə alınıb

Meydan ətrafındakı bütün mağazalar bağlanıb, xırdavat, qəzet, içki satan köşklər yığışdırılıb. Həmçinin, böyük ictimai iaşə obyektləri və ticarət mərkəzləri bağlanıb. Meydandakı dayanacaqdan yüzlərlə avtomobil yığışdırılıb.

Meydan boyunca içərisində polislər olan avtomobillər yerləşdirilib, meydanda mülki geyimli polislər və digər hüquq-mühafizə orqanlarının əməkdaşları patrul xidməti çəkir.

Bütün bu təhlükəsizlik tədbirləri Demokratik Qüvvələrin Milli Şurasının saat 15-ə təyin edilmiş icazəsiz mitinqi ilə bağlı görülüb.

Müxalifət bütün vətəndaşları hökumətin siyasətinə, korrupsiyaya və siyasi məhbus probleminə qarşı etiraz mitinqinə çıxmağa çağırıb.

Hakimiyyət şəhərin mərkəzində mitinqə icazə verməkdən imtina edib, aksiyanı paytaxtdan 20 km məsafədə keçirməyi təklif edib. Aksiya ərəfəsində hakimiyyət icazəsiz aksiyaya görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edib və onlarla müxalifət fəalını həbs edib. (Turan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar