Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 ildə 2 milyardlıq artım - 2020-ci ildə Azərbaycanda çox şey dəyişəcək

Xəbər verdiyimiz kimi Maliyyə Nazirliyi 2020-ci il üçün dövlət büdcəsini açıqlayıb. Layihəyə əsasən, təhsil xərcləri keçən il ilə müqayisədə 40% artırılaraq, 3 milyard 155 milyon 800 min manat olub

Bu barədə “Yeni Sabah”a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, 2020-ci ildə ölkəmizdə təhsilin inkişafı kəskin şəkildə yüksələ bilər:

“Mən onu deyim ki, son 5 il ərzində dövlət büdcəsindən təhsilə ayrılan vəsait kəskin şəkildə artıb. Yəni, əgər bu vəsait 2015-ci ildə 1 milyard 400 milyon manat üzərində idisə, artıq 3 milyarddır. Nəzərinizə çatdırım ki, Azərbaycanda təkcə təhsilə ayrılmış büdcə 2 qonşu dövlətin yəni, Ermənistanın və Gürcüstanın ümumi büdcəsindən çoxdur. Azərbaycan Prezidentinin siyasəti ondan ibarətdir ki, ölkəmizdə təhsil inkişaf etməlidir, dünayada rəqabətə davamlı iqtisadiyyat formalaşmalıdır".

Ekspert bu vəsaitin haralara xərclənəcəyini də izah edib:

"Ölkədə təhsil büdcəsinin bu qədər artırılması müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, tələbələrin təqaüdünün artırılmasına, elmi tədqiqat işlərinin artmasına yönləndiriləcək. Ona görə ki, burda əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması orta ixtisas, peşə ixtisas müəssisələrində həyata keçirilir. Azərbaycanda təhsil müəssisələrinin beynəlxalq rəqabətinin artmasına diqqət ayırmaq lazımdır. Eyi zamanda bəzi rayonlarımızda mövcud olan qəzalı vəziyyətli məktəblərin təmirinə, dərslik siyasətinin yenidən qurulmasına diqqət ayırılmalıdır. Mən düşünürəm ki, 2020-ci ildə yeni Azərbaycan təhsili görəcəyik. Büdcənin belə kəskin artması Prezidentin təhsilə olan diqqətini göstərir. Beynəlxalq aləmdə elmi tədqiqat işləri genişlənəcək. Elm sahəsində vacib olan informaiyaları dünyaya çatırılmasında işlər görüləcək. Ölkədə ən çox artım təhsil sahəsindədir. Düşünürəm ki, ali təhsil müəssisələri keyfiyyətli kadr hazırlığana başlayacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar