Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü əsilli kriminal avtoritet Badri Koquaşvili (“Badri Kutaisi”) ilə görüşü barədə açıqlama yayılıb

PİA.az xəbər verir ki, Sedat Pekerin adından yayılan açıqlamada bildirilir ki, Badri Koquaşvilinin Nadir Səılifovu zərərsizləşdirməkdə ona yardımçı olmasını xahiş etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sedat Peker bildirib ki, Badri Koquaşvili ilə tanışlığı Gursel Sayful adlı dostunun təqdimatı ilə baş tutub. O, Badri Koquaşvilini şərəfli bir insan kimi xarakterizə edib. “Şərəfli bir adam olaraq evimə gəldi, şərəfli bir adam olaraq ayrıldı”, - deyə Sedat Peker bildirib.

Onun sözlərinə görə, Badri Koquaşvili görüşündə ticarət və beynəlxalq siyasətdən danışıblar. “Rəis” daha sonra deyib: “O, sülhpərvər bir insandır. Deyildiyi kimi mənə hansısa bir təklif etməyib (“Quli” ilə bağlı təklif nəzərdə tutulur). Zatən, mənə elə bir təklifi heç kim edə bilməz”.

Badri Koquaşvili ilə Nadir Səlifov arasında konflikt gürcü əslilli “qanuni oğru” Quram Çixladzeyə (“Kvejoeviç”) görə yaranıb. O, Nadir Səlifovla görüşdə vurulub. Quram Çixladzeni vuran şəxs isə Nadir Səlifova yaxınlığı ilə seçilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) olub.

Sonradan o, Quram Çixladzenin titulundan xəbərsiz olduğunu deyib. Problem yerində həll olunsa da, hadisədən xəbər tutan Badri Koquaşvili onun “qanuni oğru” titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Badri Koquaşvilinin arqumenti budur ki, Nadir Səlifov “qanuni oğru”nun vurulmasına laqeyd yanaşıb. Lakin bu məsələdə Badri Koquaşvili kifayət qədər dəstək qazana bilməyib. Əksinə, özünün “qanuni oğru” statusu şübhə altına alınıb.

Badri Koquaşvili Nadir Səlifovu “tormozit” etmək üçün hətta Avropadakı “qanuni oğru”larla görüşüb. Yenə də bir nəticə alınmayıb. Badri Koquaşvilinin Sedat Pekerlə görüşündən sonra isə Rusiya KİV-i məlumat yaymışdı ki, o, türkiyəli kriminal avtoritetdən Nadir Səlifov məsələsində yardım istəyib. Sedat Peker isə ona rədd cavabı verib.

Bu məlumatdan sonra Sedat Peker “İnstaqram” səhifəsində Arman Cumagəldiyevlə fotosunu paylaşıb. Rusiya mediası bunu Badri Koquaşvilinin Türkiyədə tələyə salınması kimi dəyərləndirib. Sedat Peker isə Badri Koquşavili ilə görüşü barədə şəxsən açıqlama yaymaqla məsələnin heç də təqdim edildiyi kimi olmadığını ortaya qoyub. Eyni zamanda özünün bu konfliktdə tərəfsiz olduğunu nümayış etdirib. (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar