Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü? - Açıqlama

Paytaxtda quraşdırılan kitab köşkünün sökülməsinə aydınlıq gətirilib

Bir neçə gün öncə şəhərin mərkəzində kitab oxumaq üçün “Kitab dayanacağı” adlı köşk quraşdırılıb və içində müxtəlif kitablar yerləşdirilib. Köşk dünən axşam saatlarında sökülüb.

Məlumata görə, həmin köşk SOCAR əməkdaşları tərəfindən quraşdırılıb və üzərində dövlət neft şirkətinin loqusu da olub.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qurum əməkdaşlarının da üzvü olduğu ictimai birlik bir müddət əvvəl belə təklif irəli sürübmüş: “Onlar SOCAR-a məxsus ərazilərdə kitab köşklərinin quraşdırılmasını təklif etmişdilər. Həmin vaxt bu təklif razılaşdırma mərhələsində idi. Lakin bu köşklərin quraşdırılmasını SOCAR maliyyələşdirmir. Həmin ictimai birlik həyata keçirəcəkdi. Sözügedən köşkün quraşdırılması və sökülməsindən isə məlumatım yoxdur”.

İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən “Qafqazinfo”ya verilən açıqlamaya görə, məqsədindən asılı olmayaraq istənilən halda şəhərin mərkəzində hər hansı köşk quraşdırılması üçün müvafiq qurumların icazəsi olmalıdır.

pia.az


Etiket: SOCAR

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar