Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daxili orqanlarında narkotik keçirən narkotacirlər saxlanıldı - Foto

Oktyabrın 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd xidməti ərazisində, İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb

Dövlət Sərhəd Xidmətindən (DSX) “Yeni Sabah”a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İrana getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

17 oktyabr 2019-cu il tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan Azərbaycan Respublikası vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

18 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket: narkotik Füzuli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar