Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın mitinqi təxirə salındı - Foto

Əli Kərimlinin müraciəti yayıldı: “Səbrli davranaq”

Xəbər verdiyimiz kimi, Milli Şura bu gün saat 15:00-da metronun “28 May” stansiyasının qarşısında mitinq keçirmək istəyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Paytaxt meriyası isə mitinq keçirmək üçün onlara Lökbatan qəsəbəsində yerləşən “Neftçi” İdman Klubunun idman bazasını təklif edib.

Bundan sonra Milli Şuranın adından çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, razılıq verilib-verilməməsindən asılı olmayaraq metronun “28 May” stansiyasının qarşısında mitinq keçirəcəklər və heç kim onlara mane ola bilməz. Hətta bu məqsədlə həm sosial şəbəkələrdə, həm də özünə yaxın internet resurslarda vətəndaşlara çağırışlar edib, onları mitinqdə fəal iştiraka səsləyib.

Bu dəqiqələrdə isə AXCP sədri Əli Kərimli öz feysbuk hesabında növbəti status paylaşaraq, mitinqi təxriə saldıqlarını bildirib. O iddia edib ki, onlarda mitinq iştirakçılarının kütləvi şəkildə həbs ediləcəyi barədə dəqiq məlumatlar var və bu səbəbdən aksiyanı təxriə salmaq qərarına gəliblər:

“Milli Şuranın növbəti qərarı elan olunana qədər səbrli davranaq. Xalq yenidən meydanlara qayıdacaq”.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib və bildirilib ki, qanunsuz aksiya zamanı bütün məsuliyyət onların üzərində olacaq.

AXCP sədrinin mitinqə saatlar qalmış belə bir müraciət yayması onun növbəti dəfə tərəfdarlarını təxribatara sürükləyib, özünü qorumaq cəhdindən xəbər verir. Görünür bu yolla mitinq zamanı baş verənlərin məsuliyyətini öz üzərindən atmağa çalışır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar