Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

169 saylı məktəb direktorunun qanunsuz əməllərinə son qoyan olacaqmı?-Şikayət

Məktəb direktorunun qanunsuz əməlləri...

Direktordan poliqlot müəllimə şok sual: “Sən kəndlisən, Bakı məktəbində nə gəzirsən?”

Redaksiyamıza Bakıxanov qəsəbəsində çoxsaylı problemləri ilə ad çıxarmış 169 saylı məktəbin müəllimi İbrahim Cəfərov tərəfindən məktub daxil olub. Məktubda məktəbin direktoru Pərvanə Əzimovanın qanunsuz əməlləri, məktəbə yeni təyin olunmuş müəllimə qarşı apardığı çirkin kampaniya haqda maraqlı detallar qeyd olunub.

Məktubu olduğu kimi təqdim edirik:

Salam hörmətli redaksiya. Mən İbrahim Cəfərov 2019-cu il tarixində Bərdə şəhərindən Bakı şəhəri 169 saylı məktəbə yerdəyişmə etmişəm. Lakin məktəbə gələrkən direktor Pərvanə Əzimova əsəbi şəkildə mənim niyə məhz bu məktəbə gəldiyimi soruşdu. Niyə bu məktəbi üçüncü göstərdiyimi soruşdu. Bildirdim ki, topladığım bala uyğun düşmüşəm, 12 dərs saatı ilə. Lakin o Bakıxanov qəsəbəsinin kriminal yer olduğunu, burda mənim üçün çətin olacağını, 12 saatla necə dolanacığımı bildirdi. Qeyd etdim ki, mənim üçün bu şərtlər normaldır, sənədləri qəbul eləmədi, sentyabrda yaxınlaşarsız dedi.

Sentyabrda yaxınlaşanda isə dedi ki, burda cəmi 6 saat dərs var, gedin başqa məktəbə. Direktor sənədləri götürməyəndə Bakı şəhər Təhsil İdarəsinə getdim və ora təqdim etdim. Mənə özlərini Bakı şəhər Təhsil İdarəinin kadr şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər israrla məni başqa məktəbə yerləşdirmək istəyirdilər, mən isə bildirdim ki, öz məktəbimdə işləyəcəm, əgər faktiki sinif bağlanıbsa, 6 saat dərs saatı varsa belə razıyam.

Məktəbdə direktor məni dərs keçməyə qoymurdu, şagirdlərin gözü qarşısında nə əsasla səni dərsə buraxım deyirdi, mən isə işə qəbul olmağım haqda sənədi ona təqdim etdim. Dərs vaxtı məlum oldu ki, məktəbdə faktiki 6 saatdan çox dərs var. Digər saatları istədikdə “mən də dolanmalıyam, başqa gəlir yerim yoxdur, həyat yoldaşım Qarabağ əlilidir” dedi. Razılaşdım. Sonradan uşaqlardan öyrəndim ki, direktor vəzifəsinə keçəndən sonra 3 il ərzində uşaqlara dərs keçməyib. İndi də bəzi siniflərdə sinifdə 2 müəllim dərs keçir, bu da məncə maliyyə pozuntusudur.

Həmin ərəfədə nazirin qəbulu idi. İsmayıllıda məktəbimizin direktor müavini Fərman Əmirov “şikayətə getmə, demişəm, direktor razıdır, dərs verəcək” deye məni arxayın saldı. Dərsim qayıtdı, ancaq şərləmə kampaniyasına da start verdilər. “Sən kəndlisən, Bakı məktəbində nə gəzirsən”, “imtahanda təsadüfən bal yığmısan”, “dərsə gecikdin”, “üzün tüklüdür” və sair kimi əsassız şər-böhtana başladılar.
Mən təklif elədim ki, dərsdən sonra şagirdlərə əlavə pulsuz məşğələlər keçim, direktor dedi ki, olmaz, ancaq sonradan məktəbdə uşaqlar qalıb hazırlaşdığını öyrəndim.

Şagirdlərlə dərslərlə bağlı müzakirələr aparmaq sual-cavab etmək üçün vatsap qrupu açmışdim, direktor buna da etiraz etdi ki, olmaz. Uydurma bir bəhanə gətirdi ki, guya bir valideyn gəlib deyib ki, müəllim qızımla tanış olmaq üçün nömrə istəyib. Halbuki mənim məqsədim şagirdlərin dərsi daha yaxşı mənimsəməsi üçün əlavə kömək etməyə çalışmaqdan ibarət idi. Qrupa sözlərin düzgün tələffüzü, qramatik qaydaların izahı və mətinlərin səsləndirilən tərcüməsi daxildir.

Bəzi fənlər var ki, iki ayrı müəllim keçməlidir, sinif də ayrı olmalıdır, bir sinifdə keçirlər, iki müəllim və əlavə sinif yoxdur, bəhanəsi ilə. Bu da ciddi pozuntudur.

Dünən digər sinifdə dərs keçmək istədim, həmkarım rus dili müəlliməsi “burda ancaq mən keçə bilərəm, direktor deyib sən keç burda” deyib məni sinifə buraxmadı. Mən isə digər sinifdə lövhənin kiçik ölçülü olduğunu və bu günlük burda qaydaları rahat izah etmək üçün böyük lövhəyə ehtiyacım olduğunu bdirdim. Nəticədə məktəbə təcili yardım, polis cağırıldı. Məndən Sabunçu r-nu 13 polis bölməsində izahat alıb buraxdılar. Sabah isə prokurorluğa çağıracaqlar.

Haqqını tələb edən müəllimə qarşı belə belə edərlər? Üç il dərs keçməyən direktor özü müəllim adına layiqdir? Müvafiq orqanlar bu məsələləri araşdırmalı, bu cür qanunsuz hərəkətlərin qarşısını almalıdırlar.

Redaksiyadan

Qeyd edək ki, İbrahim Cəfərov poliqlotdur,
ölkəmizdə ən çox əcnəbi dil bilən şəxsdir, 30-dan yuxarı dili yaxşı bilir. Haqqında mətbuatda dəfələrlə yazılıb. İşlədiyi məktəblərdə həmişə öz maaşından xərcləyərək uşaqlara əlavə dərs vəsaitləri alıb, yüzlərlə şagirdə dərsdən kənar pulsuz məşğələlər keçib, öz xərci ilə onları ekskursiyalara aparıb. Belə bir fədakar və vicdanlı müəllimə qarşı 169 saylı məktəbin direktorunun apardığı çirkin kampaniyaya qarşı Təhsil Nazirliyinin və hüquq-mühafizə orqanlarının reaksiya verəcəyinə əminik. Cənab Prezidentimizin hökumətin müşavirəsində etdiyi çıxışında dövlət qulluqçularına və məmurlara ciddi xəbərdarlıq etməsindən sonra,ümid edirik ki, müvafiq orqanlar belə hallara daha ciddi yanaşacaq, bu məktəb direktorunun da qanunsuz əməllərinə qarşı ciddi tədbirlər görüləcək.

Analoq.az olaraq onu da qeyd edək ki, müəllimlərin işə qəbulu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır.İmtahanda iştirak edən müəllimlər rəsmi olaraq topladıqları bala görə müəyyən olunmuş məktəblərdə əmək faəliyyətlərinə başladıqları halda məqalədə adıçəkilən məktəb direktoru qanunsuz olaraq imtahandan keçmiş müəllimi öz prinsip və maraqlarına görə təhsil ocağından uzaqlaşdırmaq istəyir.

Ölkə başçısı cənab prezident İlham Əliyevin
başçılığı ilə keçirilən hökumətinin 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində söylədiyi fikirləri 169 saylı məktəbin direktoru Pərvanə Əzimovaya təkrar xatırlatmağa ehtiyac duyduq. Cənab prezident müşavirədə qeyd müasir dünyagörüşlü, savadlı gənc kadrların irəli çəkilməsini xüsusi qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar