Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya ilə bağlı Türkiyə-ABŞ razılaşması - Kim uddu, kim uduzdu...

Kürd silahlıların həmin əraziləri tərk etməsi nə qədər inadırıcıdır?

Politoloq: “ABŞ və YPG 120 saat ərzində Türkiyənin şərtlərini yerinə yetirməsi artıq qaçılmazdı. Ankara qərarlı və prinsipial olduğunu ortaya qoydu. Regionda ABŞ-ın geosiyasi gedişləri zəiflədi”.

“Hesab edirəm ki, ağır məğlubiyyətə uğrayan YPG terror təşkilatı bufer zonanı tərk edəcək. Əgər, tərk etməsə, bu onların sonunu gətirəcək”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyənin Suriyanın Şimalında başladığı əməliyyatı dayandırmağının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Türkiyə Suriyanın Şimalında başladığı əməliyyatı dayandıracaq. Belə ki, Ankarada Türkiyə və ABŞ rəsmi nümayəndə heyəti arasında 6 saata yaxın davam edən danışıqlardan sonra tərəflər arasında qəbul edilən razılıqla bağlı ortaq açıqlama yayılıb.

Suriyada Fəratın şərqində Türkiyənin başladığı “Barış bulağı” hərbi əməliyyatlarını dayandırmaq, Suriya və Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və suriyalıların öz torpaqlarına qayıdışına şərait yaratmaq üçün aparılan danışıqlardan əldə olunan nəticə 13 bənddən ibarətdir.

Bildirişdə qeyd olunub ki, ABŞ Türkiyənin cənub sərhədindəki təhlükəsizlik təminatına anlayışla yanaşır. Türkiyə və ABŞ ərazidə ortaq mənafelərini qorumaqla əməkdaşlığını, eləcə də NATO torpaqları və xalqlarını bütün təhdidlərdən qoruma öhdəliklərini, insan haqlarını, dini, etnik toplumların hüquq bərabərliyini qəbul edir.

Açıqlamada qeyd edilib ki, Türkiyə və ABŞ İŞİD-lə birgə mübarizədə qərarlıdır, terrorçulara aid sığınacaq, mövqe, silah-sursat, digər hərbi vasitələri hədəf alması üzrə anlaşır. Hər iki tərəf Türkiyənin YPG-dən ağır silahları toplamasının (YPG-nin yararsız hala gələn bütün hərbi vasitələri daxil), təhlükəsiz bölgənin yaradılmasının təminatına razıdır.

Hər iki ölkə Suriyanın siyasi birliyi və ərazi bütövlüyü üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə qəbul edir. Təhlükəsiz bölgə öncə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq, sonra hər iki tərəf təhlükəsiz bölgənin koordinasiyasını artıracaq.

Türkiyə 120 saat içində “Barış bulağı” əməliyyatını dayandıracaq, YPG ərazidən çəkiləcək. YPG tamamilə çəkildikdən sonra Türkiyə atəşkəs elan edəcək. Bundan sonra ABŞ müvafiq sanksiyalarını aradan qaldıracaq.

Məlumdur ki, Türkiyənin sülhə razılaşmasında bir çox xarici faktorlar rol oynadı və son nəticədə Türkiyənin istədiyi oldu. Bəs razılaşmanın yerinə yetirilməsi gözləniləndir və kürd silahlıların həmin əraziləri tərk etməsi nə qədər inadırıcıdır?

Mözu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Türkiyənin öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün PKK Suriya qolu olan YPG qarşı anti-terror əməliyatı Yaxın Şəqrdə yeni gəlişmələrə səbəb oldu”.

Türkiyənin Suriyada öz maraqlarını qorumuş olduğunu düşünən politoloq bildirib ki, bundan sonra Əsəd və Ərdoğan iqtidarı arasında təmaslar qurula bilər. Çünki, bu ərazilərin bəzi yerlərində Əsəd ordusu yerləşəcək:

“Türkiyənin öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün PKK Suriya qolu olan YPG qarşı anti-terror əməliyatı Yaxın Şəqrdə yeni gəlişmələrə səbəb oldu. İlkin olaraq Türkiyənin regionda güclü və öz suverenliyi naminə xarici faktorlar qarşısında müstəqil olduğunu göstərdi. Bundan əlavə, Türkiyə öz ABŞ-ın Suriyada YPG terror təşkilatı planınna zərbə vurmuş oldu.

Türkiyə bu əməliyyatı başlamzdan əvvəl daima qeyd edirdi ki, Fəratın Şərqində YPG terrorçulardan təmizlənməli, 30 km bufer zona yaraddılmalıdır. Amma, ABŞ bu planla razılaşmırdı daha da terror təşkilatına lojistik dəstəyi artırırdı. Nəticə göz qabağındadır. Türkiyə ilə ABŞ 13 maddəlik sazi bağladı. İlk öncə terror təşkilatı 30 km bufer zonadan çıxmalı, ağır silalar YPG geri alınmalıdır. Ankara 120 saat vaxt verib. Bu müddətdə terror təşkilatı bu zonadan çıxmasa və ABŞ hərbi texnikanı geri almasa anti-terror əməliyyatı davam edəcək.

Məhəmməd Əsədullazadə: “Artıq, Türkiyə bu əməliyyat vasitəsi ilə öz cənub sərhədlərində terror təşkilatının mövcudluğunun qarşısnı aldı”.

Hesab edirəm ki, ağır məğlubiyyətə uğrayan YPG terror təşkilatı bufer zonanı tərk edəcək. Əgər, tərk etməsə, bu onların sonunu gətirəcək. Həmçinin ABŞ-ın tam dəstəyini itirə bilər. Bu da Trampın haqlı ona qarşı olan daxili qüvvəllər arasında mövqeyini gücləndirər. Çünki, Tramp Ərdoğana bu əməliyyat üçün ilk gündən dəstək vermişdi. Ona qarşı təzyiqlər fonunda geri çəkildi. ABŞ-ın vitse-prezidenti və dövlər katibi Türkiyədə ABŞ-ın Suriya planını Ankara ilə müzkirə edir.

Hesab edirəm ki, ABŞ razılaşmalara çalışacaq ki, əməl etsin və regionda YPG qüvvələrinə nəzarəti ələ alsın. Burada da ciddi problemlər var. Çünki, YPG terror təşkilatı Əsədlədə danışıqlara gedib. Terror təşkilatı üçün çətin günlər başlayıb. Əsəd rejimi də onlara muxtariyyət verilməyəcəyini qeyd edib. Artıq, Türkiyə bu əməliyyat vasitəsi ilə öz cənub sərhədlərində terror təşkilatının mövcudluğunun qarşısnı aldı. Burada bufer zona yaradıb, qaçqınları bu ərazilərə köçürə bilər.

ABŞ və YPG 120 saat ərzində Türkiyənin şərtlərini yerinə yetirməsi artıq qaçılmazdı. Ankara qərarlı və prinsipial olduğunu ortaya qoydu. Regionda ABŞ-ın geosiyasi gedişləri zəiflədi. Türkiyə Suriyada öz maraqlarını qorumuş oldu. Burada Suriyanın da ərazi bütövlüyü təmin edildi. Bundan sonra Əsəd və Ərdoğan iqtidarı arasında təmaslar qurula bilər. Çünki, bu ərazilərin bəzi yerlərində Əsəd ordusu yerləşəcək.”

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar