Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“FHN-nin beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq”

Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb...

FHN-dən verilən məlumata görə, qonaqları salamlayan nazir müavini Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və fövqəladə hallar zamanı milli idarəetmə sistemi haqqında qonaqlara ətraflı məlumat verib. O, fövqəladə hallar sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasının təmsil olunması məqsədi ilə Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin yaradıldığını diqqətə çatdırmaqla yanaşı, qeyd olunan təlimin Beynəlxalq dəstənin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçirilməsinə hazırlığında mühüm rol oynayacağını bildirib.

Etibar Mirzəyev qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi NATO-nun təşkil etdiyi muvafiq beynəlxalq təlimlərdə iştirak edir və bu əməkdaşlıqda maraqlıdır. Həmçinin, nazir müavini vurğulayıb ki, Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal altındadır. Düşmən mütəmadi atəşkəsi pozmaqla və işğal altındakı ərazilərdə yanğınlar törətməkdə məşğuldur. Yanğınların nəticəsi olaraq istər yaşayış məskənləri, istərsə də əkin sahələri daim təhlükə altındadır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri baş verən bu yanğınların nəticələrinin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində çalışır.

Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan səmimi görüşə görə təşəkkür edərək, əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təlimlərin hazırlığı ilə bağlı göstərilən birgə səylərin öz töhvəsini verəcəyindən əmin olduğunu ifadə edib. Natiq Fövqəladə Hallar Nazirliyinin beynəlxalq axtarış-xilasetmə, habelə təlimlərdə iştirakından məmnunluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar