Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehman Əliyev: “Media sahəsində ciddi addımlar atılmalıdır”

Prezident İlham Əliyev keçirdiyi iqtisadi müşavirədə bildirdi ki, iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edir və islahatlar onların şəxsi maraqlarına toxunur...

Dövlət başçısının sözlərinə görə, həmimn adamlar islahatlara mane olmaq üçün mediadan istifadə edir.

“İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz,” prezident qeyd edib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, mətbuatın hakimiyyətdaxili savaş vasitəsinə çevrilməsi həqiqətdir:

“Təəssüflər olsun ki, bu proses 90-cı illərin sonlarından başlayıb. Bu daha çox hakimiyyətin özündən gələn bir siyasət idi. O zamanlar xəbərdar edirdik ki, bu proses çox pis nəticələrə gətirib çıxara bilər. Biz bu gün feyk xəbərləri görürük, müəyyən şəxslərə qarşı məlumatların, təhlillərin qərəzli formada istifadə olunmasını görürük. Bu həm də gündən-günə şiddətlənir. Məsələ artıq cəmiyyətdə kifayət qədər kritik həddə gəlib çatıb,” -o qeyd edib.

Mehman Əliyev hakimiyyət daxilində biri-digərini mətbuat vasitəsi ilə şantaj etməsi barədə danışarkən deyib ki, komanda daxilində qrupların və şəxslərin savaşı mövcuddur: “Burada daha çox maraqlar toqquşur, iqtisadi maraqlar var. Təəssüf ki, məmurların böyük hissəsi bizneslə məşğuldur. Bu, problemdir. Bu təkcə hakimiyyətdaxili problem deyil, həm də hakimiyətlə cəmiyyət arasında olan ciddi problemdir”- Əliyev bildirib.

Turan Agentliyinin direktoru hesab edir ki, ölkədə azad mediann bərpası üçün ümumi siyasətdə dəyişiklik edilməlidir.

“Ölkədə islahatlar bütün sahələri əhatə edərsə, bunun azad mətbuat ruhunun yaranmasına da təsirləri olacaq. Ancaq, mətbuatı ayrılıqda sağlamlaşdırmaq çox çətin olar.”

Onun fikrincə, böyük problem odur ki, Azərbaycanda ənənəvi, keyfiyyətli media sıradan çıxarılıb və meydan peşəkar olmayan insanlara verilib.

Mehman Əliyev hesab edir ki, vəziyyətdən çıxış üçün hakimiyyətin mesajları bəs etmir: “İslahatlar bütün sahələri əhatə etməlidir. O cümlədən media sahəsində ciddi addımlar atılmalıdır.”- o qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar