Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Afaq Bəşirqızı ilə onu yanbayan qoymaq olmaz”

“Fatma xanım burada qala bilməzdi. Bu şərtlərə heç cavan və gənc olan dözmür, o ki qaldı Fatma xanım dözüb, qalsın. Deməli, zamanında, vaxtında çıxıb. Heç kəs onu çıxartmadı. Buradan çıxan, özü öz torbasını tikib çıxıb”...

PİA.az xəbər verir ki, bu sözləri ötən gün “Maşın” şounu tərk edən müğənni Ramal İsrafilov Oxu.Az-a müsahibəsində deyib.

O, Xalq artisti Fatma Mahmudova ilə olan münasibətlərinin pozulmasından danışıb:

“Fatma xanım səkkiz-doqquz gün can dediyi, ürək verdiyi, analıq, bacılıq, dostluq göstərdiyi hər şeyin, hər kəsin üstündən xətt çəkib, çıxdı. Bu xanım şounu tərk etdikdən sonra, xoşagəlməz açıqlamalar verdi. Mən o qadından bunları gözləmirdim. Çünki biz bir-birimizə başqa cür bağlanmışdıq. İnsan yenə də özünü büruzə verir. Adam var kim olduğunu bir ilə büruzə verir, adam var üç günə. Yaxşı gəlmişdi, sonda artıq məni başqalarına dəyişdi. Digər iştirakçıların sözünü mənə gətirib çatdırırdı. Biz bilirdik ki, üstümüzdə mikrofon var, hər şeyi danışmaq, açıqlamaq olmaz. Hər dəfə o xanım ağzına nalayiq söyuşlər alıb, dilə gətirəndə, əlimi mikrofonun üstünə qoyub, ona xəbərdarlıq edirdim. Amma bunu bir-iki gün başa düşsə də, sonra yenə də öz bildiyini edib, biədəb söyüşlər işlədirdi. Keçirdi Niyamın yanına, iştirakçıları söyürdü, onları təhqir edirdi. Murad Dadaşov isə yaxınlaşıb deyirdi ki, üstünüzdə mikrofon var. Buna görə də o əlini götürüb “Maşın”dan çıxdı, getdi. Siz heç bilmirsiniz o Zümrüdü burada necə biabır edib, onu hansı söyüşlərlə təhqir etdi. Amma Zümrüd xanım öz qabilliyətini və böyüyə olan hörmətini nümayiş etdirib, ona cavab vermədi. Fatma xanımın şou ərzində işlətdiyi söyüşlər tarixə yazılmamış söyüşlərdir. O qadın burada hörmət saxlamadı. İştirakçılar arasında pərdəni çox pis şəkildə götürdü. Xalq artisti, böyük sənətkar Afaq Bəşirqızı ilə onu yanbayan qoymaq həyatı boyu olmaz. O, dahi sənətkarın yanında rollar alıb. Görünür ki, Afaq xanım nələrisə onun haqqında bilib, elə məhz bu səbəbdən Fatma xanımı yanından uzaqlaşdırıb. Ondan qəlbim çox qırıldı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar