Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

2020-ci ildə ölkə iqtisadiyyatında gözlənilən azalmalar... – Səbəb nədir?

Hansı səbəblərə görə gələn il üçün ölkə iqtisadiyyatında azalmaların olması gözlənilir?..

İqtisadçı: “Əslində bu azalma deyil, sadəcə artım tempinin yuxarı proqnozlaşdırılmasından qaynaqlanıb”.

“Qeyri-neft sektorundakı artımlar ÜDM azalmasına imkan vermir”.

Bu sözləri iqtisadçı İlham Əzizov Beynəlxalq Valyuta Fondunun dərc etdiyi yeni hesabatda Azərbaycanda ÜDM-in artım tempinin 2020-ci ildə azalmasının gözlənilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda 2020-ci ildə ÜDM-in artım tempi 2,1% təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.

Hesabata əsasən, 2019-cu ildə ölkə iqtisadiyyatı 2,7%, 2020-ci ildə isə 2,1% artacağı gözlənilir. Halbuki bundan öncə Fond ölkədə ÜDM-in artım tempini müvafiq olaraq 3,4% və 3,1% təşkil edəcəyini proqnozlaşdırırdı.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il ölkə iqtisadiyyatının 3,2%, 2020-ci ildə isə 2,4% artacaq.

Hansı səbəblərə görə gələn il üçün ölkə iqtisadiyyatında bu qədər azalmaların olması gözlənilir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizova müraciət edib.

İlham Əzizov: “İqtisadiyyatın inkişafının riyazi modellərlə işlənilməsi bu problemləri aradan qaldıracaq”.

Ölkədə islahatlar dərinləşdikcə bu rəqəmlərin də dəyişəcəyini pronqoz edən iqtisadçı bildirib ki, ümumən bu rəqəmlər hazırkı duruma görə qənaətbəxş sayılmalıdır:

“Ümumən 2-3% lik artım sabit iqtisadi inkişaf rəqəmləridir. Kəskin artımlar yeni sahələrin yaradılması fonunda baş verir. Hal-hazırda dünya iqtisadi böhran ərəfəsindədir. Buna müxtəlif ölkələrdə münaqişə ocaqlarının olması, hərbi xərclərin çoxalması, ABŞ ,Çin və Avropa arasında gedən səssiz iqtisadi müharibələr səbəb olur. Bizdə bu tempin saxlanılması məntiqli və uğurludur.

Əslində bu azalma deyil, sadəcə artım tempinin yuxarı proqnozlaşdırılmasından qaynaqlanıb. Neft hasilatının getdikcə azalması , tikinti sahəsində əvvəlki illərdə olan sürətin aşağı düşməsi arım tempini zəiflədir. Qeyri-neft sektorundakı artımlar ÜDM azalmasına imkan vermir.

Proqnozlaşdırmanın minimumlaşdırılması , yeni metodikaların tətbiqi vacib məsələlərdəndir. İqtisadiyyatın inkişafının riyazi modellərlə işlənilməsi bu problemləri aradan qaldıracaqdır.

BVF-nin verdiyi proqnozlarda adı üstündə proqnozdur. Ölkədə islahatlar dərinləşdikcə bu rəqəmlər də dəyişə bilər. Ümumən bu rəqəmlər hazırkı duruma görə qənaətbəxş sayılmalıdır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar