Bazar ertəsi, 13 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Foto

Almaniyanın Frankfurt-Mayn şəhərində 71-ci beynəlxalq kitab sərgisi işə başlayıb...

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, hər il təşkil olunan Frankfurt sərgisinə dünyanın əksər ölkələrindən müxtəlif nəşriyyat və poliqrafiya müəssisələri öz məhsullarını təqdim edirlər.

Sərginin builki fəxri qonaq ölkəsi Norveç Krallığıdır.

Ölkəmizin ənənəvi olaraq təmsil olunduğu dünyanın ən böyük kitab sərgisində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

Sərgidə ölkəmizin 56 kvadratmetr sahədə qədim Qız qalası və İçərişəhərin Qala divarlarının dizaynı ilə hazırlanmış xüsusi stendində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tarix və mədəniyyətimizə dair nəşrlər təqdim olunur.

Nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır. Sərgi çərçivəsində nəşriyyat və kitab işi ilə məşğul olan şirkətlər arasında işgüzar görüşlər, təqdimatlar təşkil olunur.

Oktyabrın 16-da, sərginin birinci günündə ölkəmizin stendində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ilə Türkiyə Respublikasının Frankfurt-Mayn şəhərindəki baş konsulu Burak Karartı arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında kitab və nəşriyyat işi sahəsində əlaqələr yüksək qiymətləndirilib. Vaqif Əliyev Mədəniyyət Nazirliyi tərəfindən 2016-cı ildən həyata keçirilən "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi çərçivəsində ölkəmizlə bağlı 40-dan çox kitabın Türkiyədə işıq üzü gördüyünü diqqətə çatdırıb. Söhbət zamanı bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 20-dək davam edəcək.

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi - Foto

Ermənistan ordusunun 30-dan çox əsgəri öldürülüb - Fotolar

Dəbdəbəli bağlarında sıxılan “ağlar”ın məsləhəti ilə Türkiyəyə hava yolu açılıb

Deputatın diplomat kürəkəni ABŞ-a qaçıb? - İddia

Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı

Şəhid olan əsgərimiz üçün Tovuzda böyük izdiham - Video

Dövlət sərhədində vəziyyət yenidən gərginləşib - Düşmən mövqelərimizi atəşə tutur

Tovuzlulardan Azərbaycan ordusuna dəstək - Hər kəs sərhədə axışdı

Qaradağda gecəyarısı Qarabağ aksiyası: İcra başçısı aksiyaçıların qarşısına çıxdı - Foto

“Düşmənə ağır və sarsıdıcı zərbə endirilib” – Müdafiə nazirinin müavini

loading...

Ən çox oxunanalar