Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Rusiyalı alimlər uzun sürən tədqiqatın nəticəsini açıqlayıb...

"Mobil telefondan istifadə edən uşaqlarda eşitmə və vizual-motor reaksiyaları zəifliyir, yorğunluq artır və iş qabiliyyəti azalır".

PİA.az ted.az-a istinadən bildirir ki, bu, 14 ildir ki, məktəblilərdə cib telefonları və smartfonlardan gələn elektromaqnit radiasiyasının təsirini araşdıran bir qrup rusiyalı alimlərin gəldiyi nəticədir. Araşdırma nəticəsində məlum oldu ki, aktiv mobil istifadəçilərdə işıq və səs siqnallarına reaksiya zəifləyir və yazıda səhvlər nəzərəçarpacaq dərəcədə artır. Bu, həmçinin məktəblilərdə çalışqanlığın azalması, diqqət və yaddaşın zəifləməsi kimi özünü biruzə verir.

Tədqiqat Biokimyəvi Fizika İnstitutunun bir qrup alimi tərəfindən aparılıb. Alimlər bu vaxtadək qacetdən istifadə etməyən uşaqları da sınadıqlarını və mobil telefon istifadə edən uşaqlarla müqayisəli şəkildə öyrəndiklərini söyləyir. Odur ki, araşdırmalarının nəticələrinə etibar etmək olar.

Qacetdən istifadə edənlərin 39,7%-də yorğunluq dərəcəsinin artdığı (30,3%-də nəzərə çarpacaq dərəcədə), 50,7% çalışqanlığın azalması müşahidə edilib. Bununla yanaşı, alimlər müəyyən edib ki, 8,5% uşağın əl barmaqlarında kiçik matorikanın formalaşması, yaş həddini keçibdir.

Tədqiqat müəlliflərinin fikrincə, uşaqlarda kəllə qabığının nazik və beyin kütləsinin böyüklərdən daha kiçik olduğunu nəzərə alsaq onlar risk qrupundadır. Yəni elektromaqnit şüalanması onlara daha çox təsir göstərir. Mobil telefon istifadə edən uşaqların psixofizioloji göstəricilərindəki dəyişikliklər bunu heç şübhəsiz sübut edir.

İsveç alimlərinin diqqətini isə gənclərin mobil telefonu adətən sağ qulaqlarına yaxınlaşdıraraq danışdığı çəkmişdi. 12-17 yaş arasındakı 700-ə yaxın yeniyetmənin üzərində aparılan araşdırmaya görə, yaddaş beyinin sağ yarımkürəsində yerləşdiyindən cib telefonundakı şüalanma yaddaşa mənfi təsir göstərir.

Psixoloq Ruhəngiz Mehmanqızının sözlərinə görə, yaddaşın zəifləməsinə təsir göstərən əsas amillərdən biri də kompüterdəki axtarış sistemi və mobil telefondakı yaddaş qeydləri imkanının olmasıdır: "Bu kimi funksiyalar yadda saxlamağa ehtiyac yaratmır. Beləliklə, yaddaşın inkişafının əsasını təşkil edən, mütamadi olaraq, yadda saxlama, və yada salma məşqləri azalır, bu isə yaddaş zəifləməsinə yol açır. Artıq əzizlərimizin doğum gününü belə yadımızda saxlamırıq, bu barədə bildiriş alırıq, heç kimin telefon nömrəsini yadda saxlamaq məcburiyyətində deyilik, özümüzə aid olan xüsusi günləri, hətta toy günümüzü belə mobil telefonumuz xatırladacaq deyə, yadda saxlama ehtiyacımız yoxdur. Odur ki, nəinki məktəblilərin, hər kəsin yaddaşı zəifləyir".

Psixoloqun sözlərinə görə, yaddaş zəifliyi problemi yaranmasın deyə, mütəmadi olaraq hafizəni məşq etdirmək lazımdı: "Boş vaxtlarda 2, 4, 6, 8, 10 və yaxud əksinə 10, 8, 6, 4, 2 kimi rəqəmləri getdikcə daha da qəlizləşdiərək təkrar etmək lazımdır. Şeir əzbərləmək, vurma cədvəlini təkrar söyləmək və s. Bir sözlə, yaddasaxlama və yadasalma məşqləri etməklə hafizəmizi məşq etdirə bilərik. Əks halda, müəyyən yaşa çatdıqdan sonra yaddaş zəifliyi problemi yaranır və insanlar nəyi hara qoyduğunu, hansı işin dalınca getdiyini belə unudur. Həmçinin yaddaş zəifliyi insanın nitqinə də təsir göstərir və o maraqlı həmsöhbətə çevrilmir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar