Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsinə fikir bildirdilər

İlham Əliyev oktyabrın 17-də Saleh Məmmədovu qəbul edib...

Prezident İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu qəbul edib.
Son illər ilk dəfə belə bir qəbul keçirən ölkə başçısı Azərbaycanda yol tikintisinin geniş vüsət aldığını bildirərək, bu sahəyə qoyulan sərmayənin səmərə verdiyini vurğulayıb.


“Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir”.

Milli Məclisin deputatları ölkə başçısının yol infrastrukturuna diqqətindən və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovu ayrıca qəbul etməsindən danışıblar.

Parlamentin Sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a Azərbaycanda bu sahədə olan neqativləri dəfələrlə parlamentdə səsləndirdiyini deyib. Onun sözlərinə görə, Avtomobil Yolları Dövlət Agentliyinin son illərdəki təqdiqəlayiq işi göz önündədir:

“Mən vaxtilə parlamentdə Bakı-Astara yolunun bərbad vəziyyətdə olduğunu bildirmişəm, çox kəskin tənqid etmişəm. Təsəvvür edin ki, 3,5 saata qət olunan yolu bu infrastrukturdakı islahatlardan sonra Bakıdan Lənkərəna qədər 2 saata gedirik. Yolun indiki keyfiyyəti olduqca yüksək səviyyədədir, dünya standartlarına cavab verir. Cənab Prezident ölkədə yol tikintisinə böyük diqqət göstərir. Mən vətəndaşların adından ölkə başçısına dərin təşəkürümü bildirirəm. Bu tendensiyanın davamlı olmasını arzu edirəm. Əhali kəndlərarası yolların da bu cür yüksək səviyyəli olmasını istəyir. Çox arzu edərdim ki, yollar elə tikilsin ki, yüksək keyfiyyətli olsun və onların təmirinə tez-tez ehtiyac duyulmasın”.

Deputat Məlahət İbrahimqızı öz növbəsində yollardakı inkişafı, yenidənqurma işlərini yüksək qiymətləndirdiyini vurğulayıb:

“Bu infrastrukturda əldə olunan nəaliyyətlər göz önündədir. Heç də təsadüfi deyil ki, Azərbaycan bu göstəricilərə görə, dünya ölkələri arasında ilk “30-luq”dadır. 200-ə yaxın ölkənin içərisində bu yeri tutmaq böyük uğurdur. Mən əminən ki, bu sahədəki inkiaf davam etdiriləcək və təmirə ehtiyacı olan yollar da yenidən qurulub vətəndaşların istifadəsinə veriləcək”.

Milli Məclisin digər üzvü Tahir Süleymanov ölkə başçısının keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlərlə birmənalı şəkildə razı olduğunu bildirib. O, Saleh Məmmədovun Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə gəlişindən sonra bu sahədə ciddi yüksəliş olduğunu vurğulayıb:

“Mənim yaşadığım şimal bölgəsində yolların vəziyyəti olduqca qənaətbəşxdir. Hesab edirəm ki, Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbər gələndən sonra bu sahədəki problemlər öz həllini tapmağa başlayıb. Arzu edirəm ki, bu inkişaf davamlı olsun. Ucqar kənd yollarımız da yüksək standartlara cavab verən şəkildə təmir olunsun. Biz hər birimiz cənab Prezidentin səsləndirdiyi nöqsanların aradan qaldırılmasına çalışmalıyıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar