Bazar ertəsi, 18 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Zatulinin Dağlıq Qarabağla bağlı fikirləri rəsmi Moskvanın mövqeyi deyil"

“Dağlıq Qarabağla bağlı səsləndirilən fikirlər şəxsi fikirlərdir. Rusiya Federasiyasının rəsmi mövqeyini isə Xarici İşlər Nazirliyi açıqlayıb”...

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.

“Biz diplomatik kanallarla Azərbaycandan nota almışıq. Bizim saytda çoxdan yerləşdirilib ki, Dağlıq Qarabağa Azərbaycan Respublikasının razılığı olmadan getmək Azərbaycanın “qara siyahı”sına düşmək deməkdir. Rusiya Federasiyasının bu məlumatı hər kəsə aiddir”, – M.Zaxarova bildirib.

Qeyd edək ki, Konstantin Zatulin oktyabrın 11-də işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Separatçı rejimin keçirdiyi “Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq” adlı “beynəlxalq forum”da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib/Report.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Mariya Zaxarova

loading...

Ən çox oxunanalar