Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ərdoğana məktub yazdı: “Axmaq olma, gəl razılaşaq”

Tramp 9 oktyabrda Ərdoğana yazdığı məktubda: “Sən minlərlə insanın ölümündə günahkar olmaq istəmirsən, mən də Türkiyə iqtisadiyyatını məhv etmək istəmirəm”, deyib...

“The Independent” qəzeti, Türkiyə, 17 oktyabr 2019-cu il

Türkiyənin Şimali Suriyaya başlatdığı əməliyyatdan sonra gərginləşən Vaşinqton-Ankara xəttini daha da gərginləşdirəcək bir məktub ortaya çıxıb.

Türkiyə “Sülh Çeşməsi” Hərəkatını başlatdığı gün ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana yazdığı məktub paylaşılıb.

Ağ Ev tərəfindən təsdiqlənmiş məktubda Tramp Ərdoğana deyib: “Sən minlərlə şəxsin ölümündə, mən də Türkiyə iqtisadiyyatının yox edilməsində günahkar olmaq istəmirəm. Gəl razılaşaq. Sərt adam olma, axmaqlıq etmə”.

“Sənə daha sonra zəng edəcəyəm” cümləsi ilə bitən məktubun mətnini təqdim edirik:

“Cənab Prezident,

Yaxşı bir razılaşma üçün çalışmalıyıq. Sən minlərlə şəxsin öldürülməsində günahkar olmaq istəmirsən, mən də Türkiyə iqtisadiyyatını məhv etmək istəmirəm, lakin edə də bilərəm. Rahib Branson məsələsində sənə bir nümunə də təqdim etmişdim.

Problemlərindən bəzilərini həll etmək üçün çox çalışdım. Dünyanı məyus etmə. Mükəmməl bir razılaşma əldə edə bilərsən. General Məzlum səninlə müzakirə aparmaq istəyir və keçmişin əksinə olaraq bir çox məsələdə də güzəştə getmək istəyirlər. Mənə göndərdiyi bir məktubun surətini gizli qalması şərtilə sənə göndərirəm.

Bunu doğru və humanist bir yolla edə bilsən, tarix səndən yana olacaq. Əgər yaxşı şeylər baş verməsə, həmişəlik şeytan kimi tanınacaqsan. Sərt adam olma. Axmaqlıq etmə.

Məktubu ilk olaraq “Fox Business” kanalının aparıcısı Triş Reqan özəl xəbər kimi paylaşıb.

Dünən axşam saatlarında paylaşılan məktuba Türkiyə hökumətindən hələ bir cavab gəlməyib. Lakin bu məktubun Ərdoğana çatdırılması da hələlik məlum deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar