Bakıda bir nəfər dənizdə boğulub...
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suya düşən şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.
pia.az