Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Selcan Yağmur atasından şikayətçi olmadıqlarını bildirib - Foto

Selcan Yağmur: “Fuad Qəhrəmanlını hakimiyyətin əliylə cəzalandırmaq, qatili öldürtməyə oxşayır...”

Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasına qarşı cinayət işi açılmasına münasibət bildirib. “Facebook” sosial şəbəkəsində atasına qarşı açılan cinayət işində şikayətçi olmadıqlarını bildirib. PİA.az Selcan Yağmurun statusunu oxucularının diqqətinə təqdim edir:

Fuad Qəhrəmanlını hakimiyyətin əliylə cəzalandırmaq, qatili öldürtməyə oxşayır. Azərbaycanda hər hansı bir dövlət qurumununa inamım olsaydı, başdan ədaləti polis bölməsində axtarardım onsuz da. Biz şikayətçi filan da olmamışıq. Gedin kənarda oynayın lütfən. İki tərəf də eyni şəkildə çirklidir və o çirkə mənimlə ailəmin bir aidiyyatı yoxdur artıq”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanılması ilə bağlı rəsmi məlumat yayımlanıb. Cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar