Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Regiona növbəti dəfə səfər edən həmsədrlərin danışmağa mövzusu var?

Paşinyanın Qarabağda, prezident İlham Əliyevin isə Rusiyada verdiyi sərt və kompromissiz bəyanatlardan sonra həmsədrlərin regiona səfərinin hər hansı mahiyyəti qalırmı?..

Politoloq: “Həmsədr ölkələrinin Cənubi Qafqazda əsas marağı münaqişə ilə bağlı status-kvonun qorunub saxlanmasıdır”.

“Fransa, Rusiya, ABŞ-dan münaqişənin nizamlanması ilə bağlı hər hansı bir addım gözləyə bilmərik və gözləmirik də. Sadəcə olaraq indiki şəraitdə ATƏT-in həmsədr ölkələrindən imtina etmək beynəlxalq imicə yaxşı təsir göstərməz”.

Bu sözləri politoloq Zaur Məmmədov ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərini PİA.az-a şərh edərkən qeyd edib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri baş tutub. Həmsədrlər hər iki ölkənin XİN başçılarının sentyabrdə Nyu-Yorkda keçirilən görüşlərinin yekununda əldə olunan razılığa əsasən bölgəyə səfər edirlər. Səfər zamanı vasitəçilər Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli persektivlərini, atılacaq addımlar, hər iki ölkənin XİN başçılarının növbəti görüşünü təşkili və sair kimi məsələləri müzakirə edəcəklər.

Əslində isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə bölgəyə gəldiklərini iddia edən vasitəçilərin əsl məqsədi hər kəsə bəllidir. Münaqişə tərəflərini biri-birinə yaxınlaşdırmaq, problemin həllinə nail olmaq aysberqin görünən üzüdür.

Paşinyanın Qarabağda, prezident İlham Əliyevin isə Rusiyada verdiyi sərt və kompromissiz bəyanatlardan sonra həmsədrlərin regiona səfərinin hər hansı mahiyyəti qalırmı? Hazırkı şəraitdə münaqişənin həlli üçün AzərbaycanErmənistanın mövqelərinin yaxınlaşması üçün imkanlar mövcuddurmu, yoxsa mövqeləri yaxınlaşdırmaq və sülh əldə etmək üçün yol ancaq yeni müharibədən keçir?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Qaçılmaz fakt ondan ibarətdir ki, münaqişə ilə bağlı heç olmasa, “Madrid prinsipləri”nin birinci bəndi təcili şəkildə reallaşmalıdır”.

Münaqişənin uzadılması və regiondakı abu-havanın tezliklə Cənubi Qafqazda münaqişə nizamlanmazsa, tamam fərqli hadisələrin şahidi olacağımızdan xəbər verdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, indiki vaxtda bu nəinki Azərbaycan, Ermənistan üçün, eyni zamanda Rusiya üçün arzu olunan deyil:

“Həmsədrlərin regiona növbəti səfəri proqram xarakteri daşıyır. Məsələ burasındadır ki, həmsədr ölkələrinin Cənubi Qafqazda əsas marağı münaqişə ilə bağlı status-kvonun qorunub saxlanılmasıdır. Bu konterksdə məsələyə nəzər yetirdikdə aydın şəkildə bəlli olur ki, ATƏT-in həmsədr ölkələrinin əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinin qarşısını almaqdır. Onları narahat edən əsas məsələ də budur. Biz həmsədr ölkələrinin son vaxtlarda faktiki olaraq ümumiyyətlə obyektivlikdən uzaq olan davranışlarını görürük və həmsədr olaraq sülh yaradıcı imic daşıyan heç bir təkliflərini görməmişik. Ermənistanın yay aylarında cəbhədə aqresiyası qarşısında həmsədr ölkələri demək olar ki, bitərəf bəyanatları ilə seçildilər.

Bütün bunlar onu göstərir ki, Fransa, Rusiya, ABŞ-dan münaqişənin nizamlanması ilə bağlı hər hansı bir addım gözləyə bilmərik və gözləmirik də. Sadəcə olaraq indiki şəraitdə ATƏT-in həmsədr ölkələrindən imtina etmək beynəlxalq imicə yaxşı təsir göstərməz. Buna görə də həmsədrlərin iştirakı ilə münaqişənin nizamlanması və danışıqlar mütləq şəkildə davam edəcək.

Zaur Məmmədov: “Türkiyənin Suriyanın Şimalında anti-teror əməliyyatlarına başlaması, İspaniya Ali Məhkəməsinin katalonların iki liderini həbsə atması Azərbaycana imkan yaradır ki, beynəlxalq hüquqlardan istifadə edərək öz ərzilərində anti-terror əməliyyatı keçirsin”.

Son zamanlar Azərbaycan Xarici İşlər nazirinin həm BMT-də, həm də Bakıda keçirilən Türkdilli Dövlətlərin iclasında jurnalistlərə verdiyi bəyanatında açıq-aşkar göstərdi ki, mövcud ststus-kvonun davam etməsi ilə Azərbaycan razı deyil. Türkiyənin isə Suriyanın Şimalında anti-teror əməliyyatlarına başlaması, İspaniya Ali Məhkəməsinin katalonların iki liderini həbsə atması Azərbaycana imkan yaradır ki, beynəlxalq hüquqlardan istifadə edərək öz ərzilərində anti-terror əməliyyatı keçirsin və öz ərazisindəki separatçıları torpaqlarından çıxarsın. Bu beynəlxalq hüquq çərçivəsində Azərbaycana verilən haqqdır. Bu məsələləri Ermənistan, həm də həmsdərlər qulaq ardına vurmamalıdırlar. Bu məsələyə hansı tərəfdən baxsaq yenə də hüquq Azərbaycanın tərəfindədir.

Eyni zamanda bir məsələ də ondan ibarətdir ki, münaqişənin uzadılması və regiondakı abu-hava ondan xəbər verir ki, tezliklə Cənubi Qafqazda münaqişə nizamlanmazsa, bu zaman tamam fərqli hadisələrin şahidi ola bilərik. İndiki vaxtda bu nəyinki Azərbaycan, Ermənistan üçün, eyni zamanda Rusiya üçün arzu olunan deyil. Buna görə də Moskva SSRİ-nin sonunda Sovetlər İmperiyasının dağılmasından dərs çıxarmalıdır. Əgər Cənubi Qafqazda müharibə başlayarsa, bu ilk növbədə Rusiyanın cənubunda da özünü büruzə verəcək. Belə olan halda da qaçılmaz fakt ondan ibarətdir ki, münaqişə ilə bağlı heç olmasa, “Madrid prinsipləri”nin birinci bəndi təcili şəkildə reallaşmalıdır”.

Zaur Məmmədov: “ATƏT-in həmsədr ölkələrinin əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinin qarşısını almaqdır”.

Eyni zamanda politoloq prezidentin İlham Əliyevin Paşinyanla Aşqabaddakı görüşünü də PİA.az-a şərh edib. Bu görüş mövqelərin hər hansı bir yaxınlaşmasına yol açdımı sualına cavab olaraq politoloq bilidirb ki, prezidentlərin görüşü barədə məlumat o qədər də yoxdur. Lakin təbii ki, görüşdə Azərbaycan tərəfi Ermənistan tərəfə öz nəzər nöqtəsin çatdırıb:

Prezidentlərin görüşü barədə məlumat o qədər də yoxdur. Lakin təbii ki, görüşdə Azərbaycan tərəfi Ermənistan tərəfə öz nəzər nöqtəsin çatdırıb. Hətta cənab prezident İlham Əliyev istər Aşqabaddakı, istər Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı, istərsə də, Valday çıxışı zamanı qəti şəkildə Azərbaycanın mövqeyin bildirib.

Həmçinin Prezident dəfələrlə beynəlxalq forumlar çərçivəsində çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Yaxşı olardı ki, Ermənistan regionda rassional siyasət aparsın. Çünki bu gün Ermənistanın münaqişə ilə bağlı kimə güvəndiyi çox böyük sual altındadır. Beynəlxalq konyuktura və qonşu dövlətlər münaqişə ilə bağlı Azırbaycanın ərazi bütövlüyün tanıyırlar və Azərbaycanın mövqeyi ilə razılaşırlar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar