Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Müşfiqin adını daşıyan park yenidənqurmadan sonra istifadəyə verilib

Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və adını daşıyan parkın açılışı olub...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədəbi ictimaiyyətə göstərdiyi diqqət və qayğının davamı olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə adını daşıdığı Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan və Mikayıl Müşfiqin özünə yaraşan yeni büstlə əvəz olunmuş, parkda isə abadlıq və yenidənqurma işləri aparılmışdır. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilmiş və şairin yeni tərtibatda abidəsi qoyulmuşdur.

Abidənin açılış tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli məclisin deputatı Mixail Zabelin, Milli məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, tanınmış alimlər, incəsənət xadimləri, Mikayıl Müşfiqin qohumları, qəsəbə sakinləri və digər qonaqlar iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Mikayıl Müşfiqin Azərbaycan poeziyasında, Azərbaycan dilinin inkişafında böyük rol oynamış şairlərimizdən biri olduğunu söyləmişdi. Daha sonra qeyd etmişdir ki, açılış tədbiri 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü ərəfəsinə təsadüf edir. Bu gün Azərbaycan müstəqil dövlətdir və Mikayıl Müşfiqin bütün arzuları həyata keçmişdir. Xalqının azadlığı, ideyaları uğrunda ölümə gedən Mikayıl Müşfiqin ruhu şaddır. Ümummilli lider Heydər Əliyevin Müşfiq şəxsiyyətinə dərin hörmətlə yanaşmış, onun adına qəsəbə, məktəblər, küçələr salınmış, ölkəmizin müxtəlif bölgələrində abidələri ucaldılmışdır. Bu gün dövlət başçısı, möhtərəm prezidentimiz İlham Əliyev bütün sahələr kimi ədəbiyyat, incəsənət sahəsinə böyük diqqət və qayğı göstərir, bu sahədə böyük intibah yaşanır. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğatında göstərdiyi xidmətlər əvəzolunmazdır. Dövlətimiz gün-gündən hərtərəfli inkişaf edir və buna görə də hər birimiz dövlət başçısına minnətdarıq.

Milli məclisin deputatı Aydın Hüseynov isə öz çıxışında demişdir, Mikayıl Müşfiqin yubileyləri dövlət başçısının sərəncamları ilə qeyd edilir. 2008-ci ildə 100 illiyi, 2018-ci ildə isə 110 illik yubileyi Qaradağ rayonunda təntənə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısına daxil edilmişdir.

Daha sonra qonaqlardan “Şöhrət” ordenli əməkdar müəllim Ofelya Babayeva, professor, kulturoloq Fuad Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və digərləri Mikayıl Müşfiqin milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyalarının təşəkkül tapması uğrunda mübarizə aparmasından söhbət açmışlar.

Mikayıl Müşfiqin “Oxu tar”, “Sındırılan saz”, “Yenə o bağ olaydı”, “Ana” kimi ölməz şeirləri xalqın yaddaşına əbədi həkk olunmuş və ölümündən 80 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də dillər əzbəridir. Xalq artisti Nürəddin Mehdixanlı Mikayıl Müşfiqə həsr etdiyi şeirini söyləmiş, Xalq artisti Zaur Rzayev “Oxu tar” mahnısını ifa etmişdir. Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbin şagirdləri Mikayıl Müşfiqin şerlərini söyləmişdilər.

Sonda Mikayıl Müşfiqin ailə üzvləri adından Dilbər Axundzadənin qızı Leyla Axundzadə şairin ruhuna göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Sonda xatirə şəkili çəkilmişdir.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar