Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailə “kürd koridoru” açmaq istəyirlər - Rusiya və Çinin bölgə ilə əlaqəsi kəsilə bilər...

Türk Silahlı Qüvvələrinin Suriyada apardığı hərəkat, əslində, ABŞ-la yanaşı, İsrailin də strateji planlarına mane olur...

Kenan Akın
“Yeniçağ” qəzeti, Türkiyə, 15 oktyabr 2019-cu il

İddialara görə, ABŞ-ın Suriyada və sonralar İraqda, hətta Türkiyədə açmaq istədiyi koridor vasitəsilə kürd terrorçuların quracağı dövlətçilik və İsrailin istifadə edəcəyi torpaqlar sayəsində Rusiya və Çinin bölgə ilə əlaqəsi kəsilə bilər. Çinin irəli sürdüyü layihələri ABŞ-ın baltalamaq istəməsi də yavaş-yavaş ortaya çıxır. Məsələn, Çinin İstanbul üzrə Baş Konsulu Cui Veinin Marmara Qrupu Vəqfinin təşkil etdiyi gecədə etdiyi çıxış hər şeyi izah edir:

“Quru və Dəniz İpək Yolunun kəsişdiyi nöqtədə yerləşən Türkiyə Çinin Kəmər Yolu Təşəbbüsünün təbii partnyorudur.

Türkiyədə Avrasiya Tuneli İstanbulun 3-cü körpüsü və Qars-Tiflis-Bakı dəmiryolu istifadəyə verilib, bununla da Türkiyə vasitəsilə Çini və Avropanı bir-birinə bağlayan bir dəmiryolu şəbəkəsi ortaya çıxıb.

2015-ci ildə hökumətlərimiz Kəmər Yolu və Orta Koridor uyğunlaşma memorandumu imzalayıb. Son illərdə dəmiryolu, enerji, liman, telekommunikasiya və maliyyə kimi müxtəlif sektorlardakı ortaqlıqlar da get-gedə dərinləşir. Bunlardan bir neçəsini belə saya bilərik: Ankara-İstanbul sürət qatarı xəttinin 2-ci etapının istifadəyə verilməsi, Çin şirkətləri tərəfindən alınan Kumport limanın qazanc gətirməyə başlaması, “ICBC” (Çin Sənaye və Ticarət Bankı) və “Bank of China”nın Türkiyə Maliyyə bazarına girməsi, Çin şirkəti tərəfindən inşa edilən Duz gölü yeraltı təbii qaz deposunun istifadəyə başlaması, “Huawei”, “ZTE” və “Ali Baba” kimi böyük şirkətlərin Türkiyədəki investisiyalarını artırması və hətta Çinin nəhəngi olan “Ali Baba”nın Türkiyə bazarında yer alması və s.

Qısaca, Çin və Türkiyənin Kəmər Yolu çərçivəsindəki iş birliyi ilə uğurlu layihələrə imza atılıb. Göstəricilərə əsasən, son 6 ildə ikili ticarət həcmi 100 milyard dollara çatıb və Çin şirkətlərinin Türkiyədəki investisiya həcmi 120% artıb. 1000-ə yaxın Çin şirkəti Türkiyədə öz nümayəndəliyini açıb.

Hazırda ölkələrin iqtisadiyyatları bir-birinə sıx bağlıdır və belə bir duruma qarşı hərəkət edib, zamana uyğun olmayan düşüncələrdə israr etmək, mühafizəkarlıq və təzyiq yaratmaq, digər ölkələrin inkişafına mane olaraq öz liderliyini qorumaq cəhdləri heç də uğurlu addım deyil. Öz istəyincə ticarət müharibələri başlatmaq hər iki tərəfə də zərbə vurar və qlobal sənaye zəncirindəki tərəflərin maraqlarını zədələyərək dünya iqtisadiyyatının böyüməsinə mane olar.

Beləliklə, Çin tək qütblülüyə və mühafizəkarlığa qarşı çıxır. Qeyd etmək lazımdır ki, Çinin və digər ölkələrin maraqlarını zədələyəcək fəaliyyətlərə qarşı mütləq mübarizə davam edəcək.

Xaricə açılmaq həm Türkiyənin tarixi ənənəsidir, həm də müasir iqtisadiyyatının böyüməsində ən önəmli faktordur. Türkiyə daxil olmaqla, beynəlxalq aləmdə hər sahə ilə əlaqələri gücləndirməyi, qlobal iqtisadiyyatı qorumağı, mühafizəkarlığa və iqtisadi zorakılığa qarşı çıxmağı və dünyanın effektiv nizamını qorumağı müdafiə edirik”.

Yeri gəlmişkən, Marmara Qrupu Vəqfinin rəhbəri Dr. Akkan Suver də bildirib ki, o, Çin Xalq Respublikasının qurulmasının 70-ci ildönümündə iştirak edib. O, həmçinin, iki ölkənin münasibətlərinin daha gözəl bir gələcəyə doğru addım atacağına inandığını və heç bir dini təzyiq hiss etmədiyini də qeyd edir.

Digər tərəfdən, risklərə baxıldıqda görünür ki, Çini Avropaya və Yaxın Şərqə gətirəcək ən etibarlı nişangah, əsasən, türk və müsəlmanlardan ibarət “Orta Koridor”dur.

Qısası, ABŞ, İsrail, Rusiya, Çin və digər bir çox ölkələrin maraqları toqquşur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar