Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp üçün iki yoldan biri - Ya bataqlıq qurudulmalıdır, ya da...

Əsgərlərin Suriyadan çıxarılmasına etiraz edən qüvvələrin arxa fonunda İsrail bayrağı var...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 15 oktyabr 2019-cu il

Tam olaraq nə düşündüyünü bilmirəm, amma görünür ki, Tramp ABŞ əsgərlərinin Suriyadan tamamilə geri çəkilməsini istəyir. Tramp bildirirdi ki, ABŞ əsgərlərinin Suriyada yerləşməsinin səbəbi İŞİD idi. Lakin İŞİD-in dəqiq şəkildə məğlub edildiyini müdafiə edən Tramp qeyd edir ki, ABŞ-ın Suriyadakı həbri missiyası artıq bitib.

“Hərbi bürokratiya” ilə “The Blob” adlandırılan iki partiyalı xarici siyasət elitası da Tramp kimi düşünür. ABŞ Konqresindəki “Respublikaçılar” və “Demokratlar” bu məsələ birləşiblər. 2020-ci il seçkilərinə hazırlaşan və impiçment istintaqı ilə üzləşən Trampın anlaşılmaz “tweet”lərindən də başa düşülür ki, Ağ Evin sahibi çox çətin vəziyyətə düşüb.

Trampın üstünlüyü ondadır ki, amerikalı seçicilər ABŞ-ın bitib-tükənməyən müharibələrindən artıq beziblər. Tramp 2016-cı ildəki seçkilərdə bundan istifadə edərək prezident seçilmişdi. Trampın tez-tez bəhanə edir ki, guya ABŞ əsgərlərini Yaxın Şərqdə trilyonlarla dollara başa gələn mübaribələrdən geri çəkə bilməməsinin səbəbi “The Blob”dan gələn təzyiqlərdir.

“The Blob”un fikirlərini ABŞ Konqresində Senat Silahlı Qüvvələr Komitəsinin sədri Lindsi Qraham səsləndirir. Qraham qeyd edir: “ABŞ əsgərlərinin Suriyadan geri çəkilməsi ilə bağlı qərar ölkənin təhlükəsizliyi və Trampın prezidentliyi üçün heç doğru addım deyil. Bu mesajlar Trampa qarşı bir təhdiddir”. Tramp isə buna: “Deyəsən Lindsi Suriyada 200 il daha qalmaq istəyir, amma mən belə düşünmürəm”, deyə cavab verib. “Sonsuz müharibələr”ə son qoymaq istədiyini deyən Tramp bildirir ki, bəzi qisimlərə bölgəyə on minlərlə əsgər göndərib müharibəyə başlamaq istəyir.

ABŞ əsgərlərinin Suriyada qalması üçün Konqres qərarı yoxdur. Konqres xarici ölkələrdə əsgər saxlamaq səlahiyyətini müvəqqəti olaraq ABŞ prezidentlərinə təhvil vermişdi. Konqres hiyləgərlik edərək müharibənin siyasi bədəllərini prezidentlərin üzərinə atmaq istəyir. Buna görə də, Tramp: “Bizi səhvə apararaq Yaxın Şərq müharibələrinə sürükləyənlər hələ də müharibəyə davam etməyimiz üçün təzyiq göstərirlər. Necə pis bir qərar verdiklərini başa düşmürlər. Görəsən, niyə müharibə elan etmək istəmirlər?”, deyib.

ABŞ-ın Suriyada qalmasından ən çox faydalanan İsraildir. PKK-PYD də, İŞİD də sadəcə gözdən pərdə asmaqdır. “The Blob”, “Hərbi Sənaye Kompleksi”, “Neo-conlar”, “Xristian-sionistlər­” və “İsrail” koalisiya vəziyyətindədir. Əsas cərəyan isə mediadır. Hamısı birləşib Trampın əsgərləri geri çəkməsinə və Türkiyəyə ağır sanksiyalar tətbiq etməsinə mane olmağa çalışırlar. Tramp lap əvvəldən bəri “Neo-conlar”ı şiddətlə tənqid edir və İraq işğalının böyük bir səhv olduğunu müdafiə edir. Lakin ABŞ Prezidenti Köməkçisi Mayk Pens vurğulayır ki, Tramp bir müddət əvvəl qovduğu Milli Təhlükəsizlik Müşaviri Con Boltondan elə də fərqlənmir.

Senat Qraham və təmsil etdiyi qüvvələr üçün Trampın və sadə amerikalıların nə istədiyi elə də önəmli deyil. Trampın ikinci dəfə prezident seçilməsini ciddiyə almırlar. Tramp sözə qulaq asmasa, Penslə yola davam etməyi düşünürlər. Suriyadan geri çəkilmə qərarına mənfi reaksiya verən “Respublikaçı” senatlar Mit Romni, Ted Kruz, Marko Rubio və BMT-nin sabiq səfiri Nikki Heyli isə kənardan vəziyyəti izləyir. Tramp da bunu başa düşür və əks yöndə gedir.

“Demokratlar” və mühafizəkar “Respublikaçılar” arasında Trampın əsgərləri geri çəkilməsini dəstəkləyənlər də var, təbii ki. Bu şəxslər düşünür ki, ABŞ-ın Suriyada olmasının milli maraqlara heç faydası yoxdur. Əsgərlərin Suriuadan çıxarılmasına etiraz edən qüvvələrin arxa fonunda isə İsrail bayrağı var. “The Blob” və tərəfdaşları da buna dəstək vermək üçün yarışırlar.

Tramp 2016-da “The Blob”a və Dərin Dövlətə baxmayaraq, ABŞ prezidenti seçilmişdi. Tramp “The Blob”u sıradan Amerika vergi ödəmələrini boğan bir bataqlığa bənzəmişdi. Lakin Tramp indi iki variant arasında qalıb. Ya iddialarından imtina edəcək, ya da sadə amerikalı seçicilərə güvənib bataqlıqla mübarizə aparmağa davam edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

pia.az


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar