Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Türkiyəyə sanksiyalar tətbiq etməyə başladı - 100 milyardlıq ticarət görüşləri dayandırılır...

Tramp: “Türkiyəyə böyük sanksiyalar tətbiq ediləcək!”

“The Independent”, Türkiyə, 14 oktyabr 2019-cu il

ABŞ prezidenti Donald Tramp Suriyada aparılan “Sülh Çeşməsi” Hərəkatına görə Türkiyəyə tətbiq edəcəyi sanksiyaları açıqlayıb. Dediyinə görə, ABŞ Türkiyə ilə apardığı 100 milyard dollarlıq ticarət həcmi görüşləri dayandırılacaq və polad ixracı tarifləri 50% artacaq...

“Yaxın zamanda Türkiyəyə qarşı sanksiyalara icazə verən bir prezident fərmanı imzalayacağam”, deyən Tramp öz “Twitter” hesabından bu sanksiyaları paylaşıb.

“Türkiyənin şimal-şərqi Suriyada apardığı əməliyyatlarla bağlı açıqlama” başlığı ilə verilən açıqlamada bildirilir:

“Yaxın günlərdə Türkiyə hökumətinin mövcud və sabiq nümayəndələri ilə birgə Türkiyənin şimal-şərqi Suriyadakı əməliyyatlarına dəstək verən şəxslər barədə bir prezident fərmanı imzalayacağam.

Polad üçün gömrük vergisi may ayından əvvəl olduğu kimi 50% artırılacaq. ABŞ Ticarət Nazirliyi Türkiyə ilə apardığı 100 milyard dollarlıq ticarət müqaviləsi barədə olan müzakirələri də dayandıracaq. Türkiyənin hərbi hücumu sivillərin həyatını, bölgədəki sülhü, sabitliyi və təhlükəsizliyi təhdid edir.

Prezident Ərdoğana konkret şəkildə bildirdim: Türkiyənin apardığı hərəkat humanitar böhran və müharibə cinayətləri üçün zəmin yaradır. Türkiyə etnik və dini azlıqlar da daxil olmaqla, bütün sivillərin həyatını qorumalıdır. Hazırda və ya gələcəkdə bölgədəki İŞİD terrorçularının həbs edilməsi də Türkiyənin məsuliyyətindədir. Təəssüf ki, Türkiyə apardığı bu işğalın insanlar üzərindəki ağır təsirlərini azalda bilmir”.

Tramp qeyd edib ki, imzalayacağı fərman ciddi hüquq pozuntusu törədən, atəşkəslərə mane olan, yaşadığı yerdən qoparılan insanların evlərinə qayıtmasına icazə verməyən, qaçqınları zorla evlərinə göndərən və Suriyadakı sülhü, sabitliyi və təhlükəsizliyi təhdid edən hər kəsə qarşı çox güclü sanksiyalar tətbiq edəcək. O, həmçinin, əlavə edib ki, vəzifəsinə başladıqdan sonra İŞİD-ə tamamilə qalib gəlib və Türkiyə bu qazancları təhlükəyə atmamalıdır.

Sivillərin təsadüfi şəkildə hədəf alınmasını, sivil struktura zərbə vurulmasını və dini, etnik azlıqların hədəf alınmasını qəbul etmədiyini deyən Tramp bildirib ki, bölgəyə qayıdan qaçqınlar bunu könüllü surətdə etməli, onların qayıdışı da şərəfli və təhlükəsiz şəkildə həyata keçirilməlidir.

Tramp açıqlamasına belə davam edib:

“Daha əvvəl də dediyim kimi, Suriyanın şimal-şərqində qalan bütün ABŞ əsgərlərini geri çəkirəm. ABŞ İŞİD-in fiziki liderliyini məğlub edib. 2014-cü ildə baş verənlərin və gözardı edilən İŞİD təhdidinin İraqı, Suriyanı məhv etdiyi günlərin təkrarlanmaması üçün Suriyadan ayrılan ABŞ əsgərləri bölgəyə yenidən yerləşdiriləcək. Az sayda ABŞ əsgəri İŞİD-in qalıqlarını təmizləmək üçün cənubi Suriyadakı At-Tanf bazasında qalacaq.

ABŞ Suriyadakı dəhşətli əməliyyatları asanlaşdıran və maliyyələşdirən hər kəsə qarşı ən aqressiv şəkildə iqtisadi sanksiyalar tətbiq edəcək. Türk liderləri bu təhlükəli və dağıdıcı yolla davam etsə, Türkiyə iqtisadiyyatını sürətlə məhv etməyə hazıram”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar