2019-2020-ci tədris ilində Bakı şəhərində 4 məktəbin (138, 202, 220, 252) nəzdində ibtidai sinif səviyyəsi üzrə inklüziv təhsilə cəlb olunan uşaqların sayı 64 nəfərə çatdırılıb...
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu il fərdi təhsillə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ümumilikdə, 23 nəfər müraciət edib: "Müraciətlərdən 20-si müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi, 2-si yaşayış yerlərini dəyişdiyinə görə, 1-i isə fərdi təhsil sinifindən ümumi təhsil sinfinə keçirilmə ilə əlaqədardır. Hazırda müvafiq qaydalara uyğun olaraq fərdi təhsil üzrə 16 nəfər 1-ci sinfə cəlb olunub".
pia.az