Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Statsitika Komitəsinin “siyahıyaalma oyunu”… 

Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı mübahisəli vəziyyət yaranıb...

Bu il oktyabrın 1-dən-dək həyata kelçirilən prosesdəsiyahlıya almadan kənarda qaldığı müəyyənləşib.

Məlum olub ki, çoxsaylı vətəndaşlar siyahıya alınma ilə bağlı heç bir rəsmi müraciətlə qarşılaşmayıblar.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hələ siyahıyalamanın ilk günü, oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında demişdi ki, bütün ölkə üzrə əhalinin siyahıyaalınması aparılır. Siyahılaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır. O, əlavə etmişdi ki, ölkə başçısı tərəfindən 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalanıb. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarı ilə həm Dövlət Statistika Komitəsinin, həm də digər dövlət qurumlarının üzərinə düşən vəzifələr müəyyən olunub və həmin qərara uyğun olaraq aidiyyəti qövlət qurumları tərəfindən müvafiq hazırlıq işləri görülüb.

Bundan başqa, bildirilib ki, Dövlət Statistika Komitəsində 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb.

Siyahıyaalma zamanı sorğu vərəqəsində hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər üzrə suallar əksini tapıb. Habelə, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlil olub-olmaması göstərilməlidir. Üstəlik, orada əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri kimi mühüm göstəricilər üzrə suallar da yer alıb.

Sözügedən Komitədən verilən məlumata görə, Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması isə 2021-ci ilə nəzərdə tutulur.

Lakin bütün proses və təkcə sosial şəbəkələrdə minlərlə istifadəçinin siayhıya alınma ilə bağlı narazılıqları, onların qapısını heç kimin döyməməsi kifayət qədər suallar yaradıb. Belə güman etmək olar ki, adıçəkilən qurum prosesi başdansaovdu həyata keçirib.

“Dövlət Statsitika Komitəsi əhalinin siyahıya alınmsını həmişə belə həyata keçirib”. Bunu Qaynarinfo.az-a tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Ekspert xatırladıb ki, sosial şəbəkələr bu qədər aktiv dövründə ilk dəfədir siyahıyaalınma həyata keçirilir, bu da yol verilən boşluqları kənardan sezməyə imkan yaradır. Sitat: “Bu səbəbdən əvvəllər narazılıqlar, prosesdən kənarda qalmanın miqyası belə açıq görünmürdü”.

R.Ağayevə görə, siyahıyaalınma elə təşkil olunmalıdır ki, heç bir ev təsərrüfatı, vətəndaş ondan kənarda qalmasın: “Dövlət Statistika Komitəsi ilin 365 günü hansı peşəkarlıqla işləyirsə, son 25 ildə fəaliyyətini hansı keyfiyyətdə qura bilibsə, 10 ildən bir keçirilən ölkə miqyaslı tədbiri də eyni keyfiyyətdə alınır. Aşağı bilikli və zəif peşəkarlıqlı birisindən işdə, həyatda hər halda yüksək performans gözləmək yersizdir.

Bu qurumun fəaliyyəti kökündən yenidən qurulmalı, məlumatlarının etibarlı olmasına imkan verən kadr bankı yaradılmalıdır. O başqa məsələ ki, bu hakimiyyət onu istəyir, ya yox…”

Fikrimizcə, əlavə sözə ehiyac yoxdur və Dövlət Statistika Komitəsinin yalan rəqəmlərinə “bəsdir” demək zamanı çatıb…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar