Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ Çin mallarına yeni rüsumlar tətbiq edə bilər

ABŞ hökuməti Çin mallarına dair yeni rüsumlar zərfini tətbiq edəcək...

ABŞ ilə Çin arasında ticarət razılaşması əldə olunmasa, dekabrın 15-dən ABŞ hökuməti Çin mallarına dair yeni rüsumlar zərfini tətbiq edəcək.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Steven Mnuçin məlumat verib.

O, hər halda razılaşmanın əldə ediləcəyinə inandığını dilə gətirib: “Ötən həftə danışıqlar zamanı xeyli irəliləyişə nail olmuşuq. Rəsmiləşdirməli olan ilkin razılaşmamız var, bununla bağlı hələ iş görməliyik... İlkin mərhələyə dair işləri başa çatdıran kimi ikinci mərhələyə keçəcəyik”.

Bundan əvvəl S.Mnuçin nəzərdə tutulduğu kimi oktyabrın 15-dən Çin mallarına dair rüsumları qaldırmayacaqlarını bildirmişdi. Bununla yanaşı, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer də 15 dekabra nəzərdə tutulan tariflərə dair qərarın xeyli əvvəlcədən bəlli olacağını açıqlamışdı.

Ötən cümə günü ABŞ prezidenti Donald Tramp Çinlə ticarət ziddiyyətlərini yoluna qoymaq üçün razılaşmanın birinci mərhələsinə qədəm qoyduqlarını bildirib. Bundan əvvəl ABŞ lideri 250 milyard dollar həcmində Çin mallarına rüsumların 25 faizdən 30 faizədək qaldırma tarixini oktyabr ayının 1-dən 15-dək təxirə salmışdı. Çin hökuməti də sentyabrın 17-də 16 adda ABŞ məhsullarına əlavə rüsumları ləğv edib.

pia.az


Etiket: ABŞ Çin

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qazaxın işğal olunmuş 7 kəndi ilə bağlı açıqlama

Ermənistan Tehranın təklif etdiyi planı qəbul etmədi, Azərbaycan isə... – İran səfiri

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

Ofşor şirkətindən ödəmə və Əhməd Əhmədzadənin oğluna məxsus milyonluq mülk

General mayor Ramiz Zeynalov vəzifədən azad olundu

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı rəsmi açıqlama

Türkiyə-Qərb yaxınlaşması və Ankaranın Moskva ilə münasibətləri...

“Xankəndidə Azərbaycan manatı işləyəcək” – Açıqlama

Azadlıq meydanı Qələbə paradına hazırlaşır - Foto

Erməni əsgər: “Biz mühasirəyə düşdük, komandirimiz orada yox idi”

Lavrovdan əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi ilə bağlı mühüm açıqlama

loading...

Ən çox oxunanalar