Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”

Böyük Britaniya və Şimali İrlandiya kraliçası II Yelizaveta parlamentin iclasında çıxış edib...

APA-nın London bürosunun BBC-yə istinadən verdiyi xəbərə görə, kraliça qarşıdakı il üçün hökumətin qanunvericiliklə bağlı planlarını açıqlayıb.

O, eyni zamanda “Brexit”lə də bağlı danışıb. II Yelizaveta bildirib ki, hökumətin prioriteti oktyabrın 31-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasını təmin etməkdir: “Hökumət Avropa İttifaqı ilə azad ticarət və dostcasına əməkdaşlıq əsasında yeni tərəfdaşlıq istiqamətində çalışmaq niyyətindədir”.

Kraliça qeyd edib ki, nazirlər Aİ-dən ayrıldıqdan sonra yaranan yeni fürsətlərlə balıqçılıq, kənd təsərrüfatı və ticarət sahəsində yeni əməkdaşlıqlar üzərində çalışacaqlar.

Bundan başqa, II Yelizaveta səhiyyə, iqtisadi inkişaf, zorakı cinayətlərin azaldılması üçün qanun layihələrinin möhkəmləndirilməsi məsələləri barədə çıxış edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: II Yelizaveta

Şərh yazın.

loading...

Ən çox oxunanalar