Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" regionlardakı ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

“Azercell Telekom” MMC, fəaliyyətini uğurla davam etdirir...

Azərbaycanda rəqabət qabiliyyətli kadrların hazırlanmasına dəstək olan “Azercell Telekom” MMC, öz fəaliyyətini bu istiqamətdə uğurla davam etdirir.

Şirkətdən məlumata görə, bu dəfə sentyabr ayının 16-dan start verilən Tələbə Təqaüdü Proqramında hər bir tələbəyə iştirak üçün fürsət yaratmaq məqsədilə “AzercellAzərbaycanın bölgələrində yerləşən bütün ali təhsil müəssisələrini ziyarət edib. “Azercell”in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin mütəxəssisləri Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində ali təhsil alan tələbələrlə görüşərək, onlara əmək bazarında mövcud tendensiyalar və istiqamətlər, şirkətdə karyera qurmaq imkanları və Tələbə Təqaüdü Proqramı haqqında geniş məlumat veriblər. Görüş zamanı tələbələrin proqramda iştirak şərtləri, seçim mərhələləri və qeydiyyat qaydası barədə çoxsaylı sualları da cavablandırılıb.

Qeyd edək ki, 2020-ci il üçün elan edilmiş Tələbə Təqaüdü Proqramı çərçivəsində son iki kurs tələbələri akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında qiymətləndiriləcəklər. Qaliblər isə təhsil ilinin sonunadək “Azercell”dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsində mövcud biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz şans qazanacaqlar.

Xatırladaq ki, “Azercell” Tələbə Təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının (transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir.

pia.az

Fotolar




Etiket: Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar