Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Məmmədovun planını kim pozdu... - AMİP lideri toplantıya niyə qatılmadı?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtması barədə məlumatlar təsadüfi yayılmır...

PİA.az xəbər verir ki, “Yeni Sabah” AMİP-in mətbəxinə bələd olan mənbəyə istinadən xəbər verir ki, bu məlumatların yayılmasında Etibar Məmmədovun özü də maraqlıdır.

“Etibar Məmmədovun məqsədi həm ictimai nəbzi yoxlamaq, həm də hakimiyyətin reaksiyasını bilməkdir. Digər tərəfdən Etibar Məmmədov çalışır ki, aktiv siyasətə qayıdışının heç də özünün təşəbbüsü deyil, xalqın sifarişi olduğu barədə rəy yaratsın. Bu baxımdan, AMİP funksionerləri, elə Etibar Məmmədovun özü də yayılan məlumatlar barədə şox həvəssiz danışırlar”,- deyə mənbə bildirib.

Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıdacağı barədə məlumatlar bir neçə ay əvvəldən yayılmağa başlayıb. Həmin vaxt “Yeni Sabah” AMİP yetkilis Əli Orucovla əlaqə saxlayaraq məlumatların əsaslı olub-olmadığını öyrənmək istəyib. Əli Orucov isə “Onsuz da bu məlumatı yayanlar Etibar Məmmədovu aktiv siyasətdə görmək istəyənlərdir. Hər halda yayılan məlumatlardan belə sezilir. Hesab edirəm ki, xalq tələb edəcəksə, Etibar Məmmədov aktiv siyasətə qayıtmaq barədə düşünə bilər. Amma onun bu məsələyə hansı münasibət bildirəcəyi barədə dəqiq heç nə deyə bilmərəm”, - deyə bildirib.

Dünən isə “Ambassador” otelində AMİP Mərkəzi Şurasının iclası keçirilib. İclasda partiyanın növbəti qurultayının çağırılması müzakirə olunub. Yekundə AMİP-in növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Etibar Məmmədov isə Mərkəzi Şuranın iclasında iştirak etməyib. Məlumata görə, əslində AMİP liderinin də tədbirdə iştirak edəcəyi planlaşdırlıb. Məmmədov iclasa partiyanın lideri kimi qatılmalı, iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanmalı və elə oradaca ona yenidən aktiv siyasətə qayıtmaq üçün çağırışlar edilməliydi.

Həmçinin bəyan edilməliydi ki, bu xalqın tələbidir. Lakin bu plan baş tutmayıb. Səbəb isə AMİP-dən informasiya sızması olub. Jurnalist Azər Rəşidoğlu iclasda gözlənilənləri əvvəlcədən ictimaişləşdirməklə Etibar Məmmədovun planını pozub.

Azər Rəşidoğlunun bu məsələ barədə “Facebook”da etdiyi paylaşıma AMİP düşərgəsindən sərt reaksiya verilməsi də jurnalistin hədəfə vurduğunu göstərir...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar